“Rusiya tarix boyu öz müttəfiqlətini satıb” – Moskva niyə Ankaraya qarşı köklənib?

“Rusiya tarix boyu öz müttəfiqlətini satıb” – Moskva niyə Ankaraya qarşı köklənib?
"Heç bir terror olayı, rus turistlərinin Türkiyəyə getməkdən imtina etməsi kimi hadisələr Ankaranın xarici siyasətinə təsir etməyəcək. Rusiya bundan artıq heç nə edə bilməz”.

Bu sözləri Sfera.az-a açıqlamasında Rusiya Dövlət Dumasının deputatı Gennadi Onişenkonun Türkiyə əleyhinə səsləndirdiyi fikirlərə münasibət bildirərkən, politoloq Natiq Miri deyib:

"Əslində, Onişenko və Jirinovski kimilərin dililə Rusiya dövlətinin mövqeyi ortaya qoyulub. Yəni, Onişenkonun bu fikirləri öz şəxsi təxəyyülünün məhsulu deyil. Belə düşüncələr hər zaman Rusiya siyasətinin tərkib hissəsi olub. Kreml öz narahatlığını hər dəfə məhz bu cür alətlər vasitəsilə gündəmə gətirir. Rusiya tarix boyu müttəfiqlərini satıb, bu gün də eyni siyasəti davam etdirir. Moskva bununla Ankaranın davranışları ilə razı olmadığını Türkiyənin nəzərinə çatdırmaq istəyib. Fikir vermisinizsə, son zamanlar Suriyanın şimalında PKK terrorçuları yenidən aktivləşib. Suriyanın İdlib bölgəsinə hücum olmayacağı ilə bağlı Rusiya Türkiyə anlaşması olsa da, həmin ərazi Dəməşq rejiminin bombardımanına tuş gəlib. Bu hücumu havadan müdafiə edən isə Rusiya olub. Qara dənizdə keçirilən NATO təlimlərində Türkiyənin öndə olması da şimal qonşumuzu ciddi şəkildə qıcıqlandırıb”.
 
N. Miri düşünür ki, Türkiyə Moskvanın bu təzyiqlərinə baş əyməyəcək: "Türkiyənin xarici siyasətdə öz prioriteti var ki, bunu da addım-addım həyata keçirməkdədir”.
 
Həmsöhbətimiz belə hadisələrin Ankara ilə Moskva arasındakı münasibətlərin yenidən korlanmasına gətirib çıxarmayacağına əmindir: 
 
"Türkiyə və Rusiyanın həssas dönəmində bu cür dağıdıcı elementlərin əsas yer alacağını düşünmürəm. Bu iki ölkə Suriya, Liviya, Ukrayna, Qarabağ məsələsində bir çox məqamlarda uzlaşa bilməsələr də, Türkiyə və Rusiya liderləri uzlaşa bildikləri nöqtələrdə vahid mövqe sərgiləyə bilirlər. Fikrimcə, bu dəfə də eynisi olacaq”.
 
Rüfət SULTAN
 

OXŞAR XƏBƏRLƏR