AdRiver
Rusiya səfirliyində 400 kiloqram heroin tapıldı

Rusiya səfirliyində 400 kiloqram heroin tapıldı

Rusiyanın Argentinadakı səfirliyində 389 kiloqram heroin aşkar edilib.

Sfera.az "Todo Noticias” qəzetinə istinadən xəbər verir ki, narkotik maddə polis qüvvələrinin səfirliyin yerləşdiyi sahədə apardığı əməliyyat nəticəsində ələ keçirilib. Argentinanın milli təhlükəsizlik naziri Patrisiya Bullrik Rusiya səfirliyində tapılan heroin dolu çantaların şəkillərini Tvitter hesabında paylaşıb.

Əməliyyatda Rusiya polisinin də iştirak etdiyini bildirən nazir məsələ ilə əlaqədar istintaqın 1 ildən çox davam etdiyini diqqətə çatdırıb. 

Qeyd edilib ki, heroin dolu çantalar Rusiya səfirliyinə 2016-cı ildə səfirliyin əməkdaşı tərəfindən gətirilib. Məsələ ilə əlaqədar 5 nəfər də istintaqa cəlb edilib. Artıq polis səfirliyin bir neçə əməkdaşını şübhəli şəxs qismində saxlayıb. Şübhəlilərin Almaniyada saxlanıldığı bildirilir.

Ələ keçirilmiş narkotik maddələrin Rusiya və Avropa ölkələrindən birindən göndərildiyi diqqətə çatdırılıb.


Mənsur Rəğbətoğlu
Sfera.az

DİGƏR XƏBƏRLƏR


---