Rusiyada qətlə yetirilən səfir dəfn olundu - FOTO

Rusiyada qətlə yetirilən səfir dəfn olundu - FOTO

17:57

Ankarada qətlə yetirilmiş Rusiya səfiri Andrey Karlovla vida mərasimi keçirilib.

Sfera.az APA-ya istinadən məlumata görə, Rusiya Xarici İşlər Nazirliyində keçirilən mərasimə prezident Vladimir Putin və baş nazir Dmitri Medvedev də qatılıblar.

Prezident və baş nazir A.Karlovun tabutu üzərinə gül dəstəsi qoyaraq diplomatla vidalaşıb, ailəsinə başsağlığı verib.

Daha sonra cənazə dua oxunması üçün "Xilasedici İsa Məsih" məbədinə aparılıb. Moskva və bütün Rusiyanın patriarxı Kirill mərhum diplomatına ruhuna dualar oxuyub.

Andrey Karlov Ximki qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, dekabrın 19-u axşam saatlarında Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən "Rusiya türklərin gözü ilə" sərgisində çıxışı zamanı Rusiyanın bu ölkədəki səfiri A.Karlov qətlə yetirilib. Hadisəni polis əməkdaşı Mert Altıntaş törədib. O, təhlükəsizlik əməkdaşları tərəfindən öldürülüb.

----------

10:29

Bu gün Ankarada qətlə yetirilən səfir Andrey Karlovla vida mərasimi keçiriləcək.

Sfera.az xəbər verir ki, bu barədə azvision.az TASS-a istinadən xəbər verir. 

Rusiya prezidenti Vladimir Putinin vida mərasiminə qatılacağı gözlənilir.

Qeyd edək ki, dekabrın 19-da Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov 22 yaşlı Mövlud Mərd Altıntaş tərəfindən silahlı sui-qəsd nəticəsində öldürülüb. 

Rəsmi Ankara və Moskva bu hadisəni kəskin şəkildə qınayaraq, sui-qəsdin iki ölkə münasibətlərinə zərər vurmağa yönəldiyini bildiriblər.

Səfirin cənazəsi dekabrın 20-də Vnukovo hava limanına gətirilib. Həmin təyyarə ilə Moskvaya mərhum səfirin anası və həyat yoldaşı da gəliblər. Hava limanında qarşılanma mərasimində Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu iştirak ediblər. 

 











OXŞAR XƏBƏRLƏR