Rusiya Qarabağın əvəzinə bunu istəyir - İstanbulda gizli müzakirə

Rusiya Qarabağın əvəzinə bunu istəyir - İstanbulda gizli müzakirə
İstanbulda Rusiya, Türkiyə və Azərbaycan liderlərinin görüşü Ermənistanda ciddi təşvişlə qarşılanıb.
 
Xəbəroxu xəbər verir ki, "armenianreport” saytında yayımlanan məqalədə müəllif Tevos Arşakyan erməni siyasətçilərin və rəsmilərin açıq şəkildə narahatlıq keçirdiyini yazıb.
 
"Türkiyə-Rusiya yaxınlaşmasından Ermənistan həmişə əziyyət çəkib. Prinsip etibarilə Moskvanın Ermənistanı Ankaraya qurban verəcəyini gözləmək olar”, - deyə məqalədə bildirilir.
 
Müəllif qeyd edir ki, Rusiya-Türkiyə yaxınlaşması Azərbaycanın Avrasiyaya inteqrasiyasına şərait yarada bilər: "Təbii ki, bu inteqrasiyasının qarşılığı olaraq ərazilərin Azərbaycana qaytarılması baş verə bilər. Burada Ermənistan çox zəifdir. Çünki bütün hərbi infrastrukturumuz ruslardan asılıdır. Hətta birgə hava hücumundan müdafiə sisteminin yaradılması və "İsgəndər”lərin Ermənistana verilməsi belə Rusiyanın öz maraqları üçün nəzərdə tutulub. Bütün bunlar heç vaxt Ermənistana aid olmayıb və Rusiya Ermənistanı deyil, öz cənub sərhədlərini müdafiə edir”.
 
Məqalədə İstanbulda Putin, Ərdoğan və İlham Əliyev arasındakı müzakirələrdə Qarabağ məsələsinin də gündəm olduğu deyilir:
 
"Bu görüş enerji konqresindən kənar olub və daha çox gizlilik prinsipi daşıyıb. Görüşün nəticələrinin Ermənistan üçün yaxşı olmadığını yəqin ki, yaxın günlərdə görəcəyik”.
 
Erməni müəllif hesab edir ki, ölkəsinin yeganə çıxış yolu kimi NATO-ya üz tutmaqdır.
 
"Vova dayıdan üz çevirib, Sem dayıdan kömək istəməliyik”, - deyə o bildirib.



OXŞAR XƏBƏRLƏR

Dilarə Əliyeva mərhum həyat yoldaşının son mesajından DANIŞDI: "Yazmışdı ki..."

Əməkdar artist Dilarə Əliyeva mərhum həyat yoldaşı Oqtay Əliyevlə son yazışmasının nə olduğunu açıqlayıb.   Sfera.az xəbər verir, bu barədə sənətçiyə...

Nazirlər Kabinetindən Qarabağ Universiteti ilə bağlı YENİ QƏRAR

Baş Nazir Əli Əsədov “Qarabağ Universitetinin yaradılması haqqında” Azərbaycan Prezidentinin 2023-cü il 28 noyabr tarixli 4182 nömrəli Sərəncamının ...

Azərbaycanda neft hasilatı AZALIB - Deputat AÇIQLADI

Bu ilin ilk rübündə neft-qaz sektorunda 0.2 faiz artım qeydə alınıb.   Sfera.az bildirir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O qeyd edib...

Azərbaycan və Türkiyə hərbi informasiya sahəsində qarşılıqlı təcrübə mübadiləsi apardı - FOTO

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr Müşavirliyinin nümayəndə he...

HƏMAS İsrailin girov mübadiləsi ilə bağlı təklifini RƏDD ETDİ 

Fələstinin HƏMAS radikal hərəkatı Qəzza zolağında atəşkəs və girov mübadiləsi ilə bağlı son qərarını açıqlayıb.   Sfera.az xəbər verir ki, bu barədə&...

"Bavariya" Zidandan "əlini üzdü" - Əsas namizəd...

"Bavariya" Zinəddin Zidanın baş məşqçi postuna namizədliyini nəzərdən keçirmir.   Sfera.az bildirir ki, daha əvvəl mətbuatda Münhen klubun...