Rusiya MDB-də palma yağının satışına əngəl yaradır-ekspert

Rusiya MDB-də palma yağının satışına əngəl yaradır-ekspert
"Ola bilər bəzi saxtakarlar qida üçün istifadə edilən palma yağını kərə yağının tərkibinə qatışdırır. Bu istisna olunmur. Çünki Azərbaycanın qida bazarı çirklənmiş vəziyyətdədir”

Sfera.az-a açıqlamasında bu sözləri ölkəmizdə satılan kərə yağının keyfiyyətinin mübahisə doğurması, onun tərkibində palma yağının olması ilə bağlı alıcıların şikayətinə münasibət bildirərkən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib: 
 
"Adətən palma yağı Hollandiya və Malaziya kimi ölkələrdə istehsal edilir. Bu yağ iki xammal vasitəsilə istehsal olunur. Yəni palmanın gövdəsi və tumundan hazırlanır. Palmanın tumundan istehsal olunan yağ qida üçün tam yararlıdır. Dünyanın bir çox ölkələrində, o cümlədən Braziliyada ondan geniş istifadə edildiyinin şahidi olmuşam. Lakin məsələ ondadır ki, Rusiya tərəfi palma yağı ilə bağlı MDB məkanında böyük ajiotaj yaradıb. Rusiya mətbuatı MDB məkanında palma yağının satışına yer verməmək üçün siyasi və iqtisadi məqsədləri naminə böyük antireklam işləri aparır. Əslində palma yağı ucuz başa gəlir. Bu mənada da Rusiyanın duru yağ istehsalçıları MDB məkanından onu sıxışdırıb çıxarmaq üçün belə antireklam fəaliyyətinə qol qoyurlar. Qeyd edim ki, qida üçün hazırlanan palma yağları sağlamlıq üçün normaldır, insan bədənində rahat əriyir. Lakin texniki məqsədlər üçün hazırlanan palma yağı qida üçün yararlı deyil, ondan sabun, parfümer və s. üçün istifadə olunur. Azərbaycanda MDB məkanında olduğu kimi bu istiqamətdə ciddi qarmaqarışıqlıq var. 

Ancaq ümumilikdə kərə yağının tərkibində palma yağının olmasının heç bir əsası yoxdur.  Qida Təhlükəsizliyi Agentliyi hər şeyə nəzarət edir. Düşünmürəm ki, texniki məqsədlər üçün istifadə olunan palma yağlarından ölkəmizdə qida sənayesində istifadə olunsun, onu kərə yağının tərkibinə qatsınlar. Bu inandırıcı deyil. Ola bilər sadəcə bəzi saxtakarlar qida üçün istifadə edilən palma yağını kərə yağının tərkibinə qatışdırsın. İstisna olunmur. Çünki Azərbaycan qida bazarı çox çirklənmiş vəziyyətdədir. Bu fonda isə kərə yağının keyfiyyəti azalır. İnsanlar yağ alan zaman onu taxtada olan yağı sıxsın. Hansı daha bərk gəlirsə, o ən təbii kərə yağıdır. Həmçinin, kərə yağını kəsəndə parçalanıb tökülür. Lakin onun ekspertizası o qədər də asan deyil. 3 il öncə Yeni Zelandiyada olarkən ölkəmizə yağ ixrac edən zavoda getdim. Aydınlaşdırdım ki, buradan ölkəmizə normal, ekoloji təmiz kərə yağı ixrac olunur. Qiymətlərə gəldikdə, Azərbaycanda kərə yağının dünya bazarına uyğun normal qiymətləri formalaşıb”.
 
Qeyd edək ki, uzun müddətdir ölkəmizə gətirilən kərə yağının keyfiyyəti məsələsi mübahizə mövzusudur. Alıcıların iddiasına görə, onun tərkibinə palma yağı qatırlar. 
 
ELÇİN

OXŞAR XƏBƏRLƏR

"Azərbaycana gələn turistlərin sayı artıb" - Deputat 

Azərbaycana gələn turistlərin sayı bu ilin ilk rübündə 39.2 faiz artaraq 513,5 minə çatıb.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı V...

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri KEÇİRİLİR - VİDEO/FOTO

2024-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanması məqsədilə keçirilən təlimlər dav...

Polis paytaxtda ƏMƏLİYYAT KEÇİRDİ: Saxlanılanlar var - FOTO

Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. ...

Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə BİLƏCƏKLƏR

“Böyük Qayıdış” proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndiri...

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan VERƏCƏK

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək. &...

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq EDƏCƏK

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi ilə Qırğız Respublikasının Əmək, Sosial Təminat və Miqrasiya Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. &...