Rusiya Donbasın işğalını rəsmiləşdirir - Bakıya mesaj?

Rusiya Donbasın işğalını rəsmiləşdirir - Bakıya mesaj?
Ekspert: "Bu, Kremlin postsovet məkanında bütün hərbi münaqişələrdə separatçıların yanında olduğunu bir daha ortaya qoyur”
Rusiya prezidenti Vladimir Putin Luqansk və Donbas vilayətlərində Rusiya pasportlarının paylanılması prosedurunun sadələşdirilməsi ilə bağlı fərman verib. Ekspertlər hesab edirlər ki, bu, o deməkdir ki, gələcəkdə antiterror əməliyyatları zamanı Rusiya öz vətəndaşlarının qorunması bəhanəsi ilə Ukraynaya qoşun yeritmək haqqı əldə edəcək.

Bu həm də Rusiyanın Luqansk və Donbası özünə birləşdirməyi rəsmiləşdirməsi sayıla bilər. Bundan öncə (2008) analoji proses Gürcüstanın Abxaziya və Cənubi Osetiya regionlarlnda aparılmışdı.

Bəs Donbasın işğalını rəsmiləşdirməyə başlayan Rusiya Qarabağ məsələsində nə dərəcədə ədalətli vasitəçi ola bilər?

Politoloq Əhəd Məmmədli "Yeni Müsavat”a bildirdi ki, bu proses Krımın ardınca, Luqansk və Donbasın da anneksiyasının başlanğıcı deməkdir: "Rusiya tərəfindən Abxaziya, Cənubi Osetiyanın da müstəqilliyinin tanınması da rus pasportlarının verilməsi ilə başlanmışdı. Bu, o deməkdir ki, Kreml eyni ssenarini Donbasda da təkrarlamaq istəyir. Rus pasportların yerli əhaliyə verilməsi o anlama gəlir ki, Donbas, Luqans kimi şəhərlərin işğalının rəsmiləşdirilməsinə start verilir. Moskva Donbasda, əvvəl Abxaziya, Cənubi Osetiya sonra da Krım ssenarisini tətbiq edə bilər. Əvvəl vətəndaşlıq veriləcək, sonra da yeni separatçı bölgə müstəqilliyini elan edəcək, ardınca da saxta referendum keçirilib bu ərazilər də Rusiyaya birləşdiriləcək. Putin Donbas üzərində elə şərtlər tətbiq edir ki, ən azı Krım artıq mübahisə mövzusu olmasın. Hərbi arenada olduğu kimi, diplomatik arenada da Moskva Kiyevin həyatını maksimum çətinləşdirir. Ukrayna ərazi bütövlüyünü demokratiyaya dəyişdi. Ukraynalılar üçün uğursuz, ziyanlı ticarət oldu. Rusiya Donbasın işğal etdiyi əraziləri rəsmiləşdirmə yolunda ilk addımını atdı. Ukrayna o gücdə deyil ki, bunun qarşısını ala bilsin. Bu da o deməkdir ki Donbasıda Abxaziya, Cənubi Osetiya, Krımın aqibəti gözləyə bilər”.


Politoloq qeyd etdi ki, Luqansk və Donbas nümunəsi Rusiyanın postsovet məkanında bütün hərbi münaqişələrdə separatçıların yanında olduğunu bir daha ortaya qoyur: "Çünki bütün bu münaqişələr Moskvadan təşkil edilir, dəstəklənir. Görünən dağa bələdçi lazım deyil. Qarabağı, Dnestryanı, Donbas və postsovet məkanında digər separat əraziləri bilavasitə və ya dolayısı yolla Rusiya işğal edib. Bu gün kimi aydın bir məsələdir. Ermənistanın arxasında Rusiya durmasaydı, Qarabağın işğalı heç vaxt baş verməzdi. Odur ki, nəinki Dağlıq Qarabağ məsələsində, ümumiyyətlə Azərbaycana aid heç bir məsələdə Rusiyadan ədalət, səmimi yanaşma gözləmək ən azı sadəlövhlükdür. Rusiya ilə həmsərhəd olan şimal ərazilərimizlə bağlı çox diqqətli və ehtiyatlı olmalıyıq. Ruslar pasport avantürasını şimal bölgəmizdə də edə bilərlər. Zatən illərdir bu cür söz-söhbətlər eşitməkdəyik ki, şimal zonasında rus pasportları paylayırlar. Son aylar Ermənistan bir yana, digər qonşularımız Rusiya, İran, Gürcüstan tərəfdən də Azərbaycan və bu ölkələrdə yaşayan soydaşlarımızın əleyhinə addımlar görürük. Həm dövlət, həm xalq olaraq daxildə ayıq-sayıq olub yaxın və uzaq xaricdən gələn bütün provokativ hərəkətlərə operativ və birgə cavab verməyə hazır olmalıyıq”."Yeni Müsavat”

OXŞAR XƏBƏRLƏR

Prezidentləri Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb.   Sfera.az xəbə...

Ərdoğandan Ermənistana MÜHÜM MESAJ: “Çox açıq danışdıq, Paşinyan da artıq...” 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq səfərindən qayıdarkən jurnalistlərə müsahibə verib. O, Azərbaycan-Ermənistan münasibətləri barədə də danışıb. &...

Qırğızıstan Prezidenti Füzulidə SƏFƏRDƏDİR

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedb.   Sfera.az xəbər verir ki, Füzuli Beynəlx...

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək.   Sfera.az “ir.voanews.com”a istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatlar Prezidentin...

"Azərbaycana gələn turistlərin sayı artıb" - Deputat 

Azərbaycana gələn turistlərin sayı bu ilin ilk rübündə 39.2 faiz artaraq 513,5 minə çatıb.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı V...

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri KEÇİRİLİR - VİDEO/FOTO

2024-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanması məqsədilə keçirilən təlimlər dav...