Rusiya Böyük Britaniya və Fransadan nüvə silahlarını azaltmağı tələb etdi - FOTO
14:50 / 07.11.2019
1587
Strateji hücum silahlarının növbəti dəfə azaldılması Böyük Britaniya və Fransanın iştirakı olmadan mümkün deyil.
RİA Novosti-nin verdiyi xəbərə görə, bu sözləri Rusiyanın Xarici İşlər Nazirliyinin Silahlara Nəzarət Departamentinin direktoru Vladimir Ermakov deyib.
O bildirib ki, rəmsi Moskva London və Parisin də silahlara nəzarət müqaviləsinə cəlb edilməsinin tərəfdarıdır:
"Eyni zamanda, ABŞ Çinlə də belə bir dialoq apara bilər və uğurlu olacağı təqdirdə bu proses Rusiya tərəfindən dəstəklənəcək. Onları strateji silahlarla bağlı dialoqa məcbur etməyəcəyik”.
Avqustun 22-də Pentaqon rəhbəri Mark Esper deyib ki, Rusiya ABŞ-a qarşı nüvə arsenalını genişləndirir. (oxu.az)