Rusiya Azərbaycanın İslam koalisiyasına qoşulmasından danışdı

Rusiya Azərbaycanın İslam koalisiyasına qoşulmasından danışdı
İslam koalisiyasına qoşulmaq haqqında qərar vermək Azərbaycanın suveren hüququdur.
 

Sfera.az xəbər verir ki, APA-nın verdiyi məlumata görə, bunu Rusiya Xarici işlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun bu gün türkiyəli həmkarı ilə Bakıda keçirdiyi mətbuat konfransında "Azərbaycanın İslam koalisiyasında hansı şəkildə iştirak edəcəyi müzakirə olunur" bəyanatına dair suala M.Zaxarova belə cavab verib: "Bu, Azərbaycanın suveren hüququdur. Azərbaycan dövlətinin səlahiyyətində olan məsələdir. O ki qaldı Rusiyanın yeni yaradılan koalisiyalara münasibətinə, deyə bilərəm ki, bu günə kimi ABŞ-ın rəhbərlik etdiyi koalisiya mövcud olub. Yeni koalisiyanın yaradılması hansı ehtiyacdan irəli gəlir, məlum deyil. Yeni koalisiyanın yaradılması proses xatirinə prosesdir".


OXŞAR XƏBƏRLƏR