Rusiya 10 milyon insana vətəndaşlıq verir – Səbəb

Rusiya 10 milyon insana vətəndaşlıq verir – Səbəb
Kreml Rusiyaya müəyyən edilmiş dövlətlərdən böyük sayda insan məskunlaşdırılmasını təmin etməsi üçün institusional infrastruktur formalaşdırıb.

Bu məlumatı "Kommersant” qəzeti yayıb. Məlumata görə, Kremlin hədəfi 5-10 milyon insanı ölkə vətəndaşlığına qəbul etməkdir. Moskvanın donor qismində rusdilli əhalinin yüksək olduğu Ukrayna, Qazaxıstan, Moldova, Özbəkistan və digər ölkələrin vətəndaşlarını gördüyü vurğulanıb.

Kreml dövlətin 2019-2025-ci il miqrasiya siyasəti ilə bağlı yeni konsepsiyanın reallaşdırılması ilə məşğul olmaq üçün strukturun yaradılmasını başa çatdırıb. Bu istiqamətdə son addım Putinin 6 martda konsepsiyanın reallaşdırılması üçün işçi qrupu yaradılması barədə verdiyi əmr göstərilir. Yeni işçi qrupa 24 nəfər daxil olub. Bunların bir çoxu deputat, digərləri isə fərqli nazirliklərdən olan məmurlardır. Qrupa Rusiya Prezident Administrasiyasının nümayəndəsi Maksim Travnikov rəhbər təyin edilib. Bu qrupun ümumilikdə miqrasiya siyasəti ilə əlaqəli olan bütün dövlət orqanlarının işinə nəzarət edəcəyi qeyd edilib.

Qəzet həmçinin öz mənbələrinə istinadən ölkədəki əhali artımının normal səviyyəyə çatdırılması üçün Rusiyaya ildə minimum 300 min nəfər miqrantın cəlb edilməli olduğunu yazıb.Axar

OXŞAR XƏBƏRLƏR