Rus şirkəti 112 ton qızıl üçün Qarabağa muzdlular yığır - FOTO

Rus şirkəti 112 ton qızıl üçün Qarabağa muzdlular yığır - FOTO
Dağlıq Qarabağdakı 112 ton qızıl ehtiyatının 99%-nə nəzarət edən Rusiyanın "GeoProMining Gold" şirkəti bu ehtiyatları əldən verməmək üçün bölgəyə çox sayda silah və muzdlu əsgər göndərməyə başlayıb.

Sfera.az xəbər verir ki, bu barədə Türkiyə mediası xəbər yayıb.
 
Bildirilib ki, Azərbaycanla Ermənistan arasındakı münaqişənin kəskinləşməsindən sonra şirkət  təhlükəsizlik səbəbi ilə mədənlərdə istehsalı dayandırmış və işçilərini müddətsiz məzuniyyətə göndərmişdi.

Ancaq bölgədən gələn son məlumatlara görə, şirkət mineral yataqları ilə zəngin bölgədəki milyardlarla dollarlıq qızıldan asanlıqla əl çəkmək fikrində deyil.

Xüsusilə də, Kəlbəcərdəki qızıl yataqlarını istismar edən şirkət külli miqdarda silah və muzdlu toplayaraq bölgənin tam azad olmasının qarşısını almağa çalışır.
 
Qeyd edək ki, "GeoProMining Gold" Qarabağda qızıl çıxaran ən böyük rus şirkətidir. 
 
Bölgədə qızıl, mis, sink və dəmir kimi qiymətli metalların 150-dən çox yatağı var. Bu yataqlardan qanunsuz olaraq əldə edilən məhsulların bir çox ölkəyə ixrac edildiyi məlumdur.
 
Aysel
Sfera.az


OXŞAR XƏBƏRLƏR