Rus qoşunları Azərbaycan-Ermənistan sərhədinə gətirilir? – SƏFİRDƏN QALMAQALLI AÇIQLAMA

Rus qoşunları Azərbaycan-Ermənistan sərhədinə gətirilir? – SƏFİRDƏN QALMAQALLI AÇIQLAMA

"KTMT adı altında rus qoşunlarının Azərbaycan - Ermənistan sərhədində yerləşdirilməsi mümkün görünmür və yolverilməzdir”.


Sfera.az-a açıqlamasında bu sözləri Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin "KTMT Ermənistan və Azərbaycan sərhədində sabitliyi təmin edə bilər” fikrinə münasibət bildirərkən, politoloq Nəzakət Məmmədova deyib.

 

Politoloqun fikrincə, Rusiyanın İrəvandakı səfirinin bu açıqlaması əslində Azərbaycanın içərilərinə doğru genişlənmək məqsədi daşıyır: "Rusiyanın Ermənistanda hərbi bazası var. Deməli, artıq onlar öz qoşunlarını Ermənistan Azərbaycan sərhədində də yerləşdirməyi düşünürlər. Moskva bütün Cənubi Qafqazı öz nəzarəti altına almağa çalışır. Bunun üçün də müxtəlif ekspansionist addımlara əl atır ki, bu addımlardan biri də məhz qonşu ölkələrin ərazisində özlərinin hərbi bazalarını yaratmaqdır. Kreml hətta Dağlıq Qarabağda sülhməramlılar adı altında özünün hərbi bazasını yerləşdirmək niyyətindədir. Sərhədlərin mühafizəsini təşkil etmək məsələsini gündəmə gətirmələri də məhz bu niyyətə xidmət edir”.

 

Politoloq hesab edir ki, bu qədər xərc çəkərək qoşunları sərhədə gətirməkdənsə, Moskva Ermənistandan atəşkəsi pozmamağı tələb etsə, daha effektli olar: "Bütün hallarda səfirin həmin açıqlaması Azərbaycanın sərhədlərinə bilavasitə nəzarət etmək, ölkəmizə nüfuz etmək, bütün Qafqaza nəzarət etdiyini, burada güc sahibi olduğunu Qərbə göstərmək məqsədi güdür. Bu həm də Azərbaycana psixoloji təsir göstərmək niyyətindən doğur. Bu gün Azərbaycan Ermənistan sərhədinə KTMT adı ilə gələn Rusiya qoşunları sabah gəlib Dağlıq Qarabağda oturacaq. Bu isə mərhələli şəkildə Azərbaycana hərbi nüfuz etmək siyasətidir. Ola bilər bununla gələcəkdə Dağlıq Qarabağda sülhməramlı adı altında rus qoşunlarının yerləşdirilməsinə Azərbaycan vətəndaşlarını psixoloji cəhətdən hazırlamaq, buna reaksiyamızı bilmək istəyirlər”.

 

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...