“Rus dilini tənqid etməkdən bezmədiniz?\" - Aktyordan etiraz

“Rus dilini tənqid etməkdən bezmədiniz?\
"Boş-boş rus dilini tənqid etməkdən bezmədiniz? Dünya miqyaslı Rusiyanın tanınmış alimlərinin kitabları Azərbaycan dilində nəşr olunsa, mən də uşağımı rus sektoruna qoymaram”.
 
Sfera.az bildirir ki, bunu aktyor Rüfət Nəzər deyib. O bildirib ki, kimsə rus dilini bilmirsə, bütün millət bu dildən imtina etməməlidir:

"Rusların Çexov, Lomonosov, Mendeleyev, Qaqarin, Çaykovski kimi yüzlərcə dahisi var və onların əlyazmaları dünyada ən statuslu məktəblərdə, universitetlərdə, akademiyalarda həm tədrisdə, həm də kitabxanalarda əsaslı yer tuturlar. Onları da bilək. Nizami, Natavan, Nəsimi, Tusi, Lütfizadə kimi  dahilərimizi də bilək , burada pis nə var ki ?  Məncə dünyagörüşü və bilik daha da çoxalar, nəinki, özümüzü "çərçivəyə" salsaq. Rus dilindən imtina ediriksə, o zaman özgə millətə məxsus keyfiyətli nə varsa istifadə etməyək”.

Aktyor qeyd edib ki, digər tərəfdən öz dilimizi nə qədər zəngin etsək, bir o qədər yaxşıdır:

"Bir az geniş düşünək - 41-45-ci illərdə məktəblərdə alman dilini öyrədirdilər. Nə fərqi var hansı dildə elmi öyrəndin, əsas öz dilimizdə yetərincə bilək. Əfsuslar olsun, nədənsə rus sektor təhsilinin bilik keyfiyyəti daha üstün olur. Təbii ki, məktəbə görə dəyişir”.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələrinin quraşdırılmasına başlanılıb.   Sfera.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabe...

Bu həşarata görə dünyada şokolad qiymətləri BAHALAŞIR

Qərbi Afrikada kakao ağaclarına düşən virus qlobal miqyasda şokoladın qiymətlərinin artmasına səbəb olsa da, tədqiqatçılar xəstəliyin qarşısını almaq üçün yeni ...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR - YENİLƏNDİ - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xə...

Zelenskidən ABŞ-yə MÜRACİƏT: “Putinin planları...” 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ xalqına təşəkkür edib.   Sfera.az bildirir ki, o, həmçinin Prezident Baydenə minnətdarlığını bildirib. ...

"Liverpul"un oyunçusu: "Heç kim təsəvvür etməzdi..." 

"Liverpul"un müdafiəçisi Vircil van Deyk mersisaydlıların Premyer Liqada çempionluq yarışında iştirakından danışıb.   Sfera.az bildirir ki...