Ruhi xəstə atasının qolunu kəsdi

Ruhi xəstə atasının qolunu kəsdi
 

Sabunçu rayonunda ruhi-əqli vəziyyəti yerində olmayan oğlan balta ilə atasının qolunu kəsib. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, 1992-ci il təvəllüdlü Məmmədov Elvin Fərman oğlu 1 saylı Respublika Psixiatriya Xəstəxanasında qeydiyyatda olub. Yaralanan 1963-cü il təvəllüdlü Məmmədov Fərman Bayram oğlu isə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Vəziyyəti stabildir.

Son günlər oxşar cinayətlərin sayı artıb. Təkcə ötən gün ərzində üç belə hadisə qeydə alınıb. Cəmiyyətdə ruhi-əqli vəziyyəti yerində olmayan insanların qeyri-ixtiyari davranışları isə narahatlıq doğurur.

Bənzər hadisələrə kim nəzarət etməlidir? Bu insanların müalicəsi üçün hansı çıxış yollarını təklif etmək olar? Əvvəllər məcburi şəkildə müalicəyə göndərilsələr də, bu gün vəziyyət necədir?

Dünya ölkələrindən fərqli olaraq, bizdə insanlar nəinki psixiatra, psixoloqa da müraciət etməkdən sanki qorxur. Heç kim psixi problemləri olan yaxınının adının açıqlanmasını istəmir. Bu isə ilk növbədə həmin insanın özünə, daha sonra ətrafındakılara problem yarada bilir.

Oxu.Az məsələ ilə bağlı mütəxəssislərin ümumi fikirlərini təqdim edir.

Mütəxəssislər düşünür ki, ruhi-əqli vəziyyəti yerində olmayan xəstələri ömür boyu xəstəxanada saxlamaq olmaz. Onlar müalicədən sonra evə buraxılır və normal insanlar kimi həyatlarına davam edirlər:

"Hər bir halda bu məsələlərdə xəstələr fərdi şəkildə araşdırılmalıdır. Onların həqiqətən də xəstə olub-olmadığı təsdiqini tapmalıdır. Bəzən cinayətdən yayınmaq üçün özünü xəstə kimi təqdim edənlər də olur. Bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da xəstənin psixiatrik yardım məqsədilə xəstəxanaya müraciəti könüllüdür. Yalnız üç halda onlar məcburi şəkildə xəstəxanaya göndərilirlər: şəxslə söhbət zamanı həkim onun özü və ətrafındakı insanlar üçün real təhlükə olduğu qənaətinə gəldikdə; acizlik vəziyyətində (şəxs özünün həyati təminatlarını -yemək, içmək, təmizlik ehtiyaclarını qarşılaya bilmirsə); şəxs kəskin şok və psixi durumunu dəyişdirəcək hadisə yaşayıbsa. Digər hallarda müalicə könüllüdür”.

Bir qrup mütəxəssis isə hesab edir ki, cinayət törədənlərin çox az qismi psixi problemi olan şəxslərdir. Onlar hesab edir ki, cəmiyyət üçün təhlükə məsələsi hər iki qrupa aid şəxslərdə eyni dərəcədədir:

"Necə ki, cinayət törədən hər kəsə xəstə demirik, eləcə də, "xəstə”nin xəstə olduğunu da demək olmaz. Bəzən cinayət törədən şəxs məsuliyyətdən yayınmaq üçün özünü xəstə kimi apara bilər. Bu o demək deyil ki, həmin insanın ruhi-əqli vəziyyəti yerində deyil. Sosial şəbəkələrdə, KİV-lərdə paylaşılan xəbərlər və təfərrüat yalnız həkim rəyi varsa, dəqiq ola bilər. Hər bir insan affekt vəziyyətində cinayət törədə bilər.

İnsanlar bəzən mübahisə edir və istəmədən mübahisə dərinləşir. Bu zaman isə istənilən hadisə baş verə bilər. Normal olaraq problemlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilir və vəziyyətin təfərrüatı orada aydınlaşır. Hər iki halda prosedur budur”.


OXŞAR XƏBƏRLƏR

“Qırğızıstanla ticarət dövriyyəsi artıb” - Ekspertdən AÇIQLAMA

"Qırğızıstanla son 15 ildə ən zəif ticarət dövriyyəsi 2017-ci ildə olub".   Sfera.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldaniz A...

Ərdoğan Almaniya Prezidenti ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Almaniya Prezidenti Frank Valter-Ştaynmayerlə görüşüb.   Sfera.az xəbər verir ki, məlumatı “TR...

Azərbaycan futboluna AĞIR İTKİ - Baş məşqçi VƏFAT ETDİ + FOTO

1983-85-ci illərdə “Araz” futbol komandasının baş məşqçisi olmuş Hafiz Əliyev dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, bu barədə &qu...

İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında göstərdiyi dəstəyə görə Qırğızıstana təşəkkür edib.   Sfera.az xəbər v...

"ABŞ vətəndaşı olsam, Baydenə yox, Trampa səs verərəm" - İsrailli nazir

İsrailin diaspor naziri Amixay Çikli Donald Trampın prezident seçilməsində maraqlı olduğunu bildirib. Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki...

Prezident: "Azərbaycan Qırğızıstanla bütün istiqamətlərdə əlaqələri davam etdirmək əzmindədir"

Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir.   Sfera.az xəbər verir ki, bu fikirləri Azərbayc...