AdRiver
Rozanın arxası... - Maşını olanların əxlaq şousu...

Rozanın arxası... - Maşını olanların əxlaq şousu...

Azərbaycanda bərkgedən müğənni olub, şou-biznesin məşhur simasına çevrilmək elə də çətin məsələ deyil. Əvvəllər müğənninin irəli getməsi üçün səsinin olması mütləq idisə, inanın indi heç ona fikir verən də yoxdur.

Lap Braziliyanın Botofaqo milçəyinə oxşasa belə, onun estetik əməliyyatlar sayəsində top-modelə çevrilməsi də mümkündür. Bu işin formulu o qədər sadədir ki, hətta bir açıq-saçıq fotosessiya ilə də məşhurlaşmaq olar.

Təbii ki, yoxsulluq içindən gələn "müğənni"nin Botofaqo milçəyindən top-modelə çevrilməsinə, lüks avtomobil almasına, studiyalarda səsinin ciy-ciyinin xoşagələn tərzə salınmasına pul lazımdır. Belə olan halda isə arzularının ardınca gedən xanım, nəhayətində sponsor axtarışına çıxır. Bu məqamda "Google" axtarış sisteminə yox, "mamaroza"lara müraciət olunur. Axır-əvvəl incəsənət sevgisindən uzaq olan bir bığıburma kişi "sənə özüm sponsorluq edəjəm" deyərək, gələcəyin əməkdar və ya xalq artistini öz məşquqəsinə çevirir. Bu durum özünü tutana qədər "müğənni"nin də ürəyincədir. Təki sponsor hər manada onun arxasında dursun, xərclərini ödəsin.

Və bir gün də həmin bu "müğənni" televizordan evimizə boylanır. Başlayır, millətə əxlaq dərsi keçməyə. O da olur "bizə 9 milyonluq xalq baxır" deyənlərdən biri...

Bir neçə gündür maşını olanların şousuna baxıram. Şou-biznes nümayəndələrinin söhbətləri, davaları kənardan o qədər iyrənc görünür ki, televizoru əcnəbi kanala çevirmək məcburiyyətində qalıram. Gör nə günə qalmışıq ki, Roza Zərgərli camaata əxlaq dərsi keçir, tərbiyədən danışır. Deyir, mən müğənni ilə yanaşı, həm də aparıcıyam. Adama deyərlər ki, sən hələ bir özünü efirdə aparmağı bacar, o biri məsələlərdən sonra danışarsan.

Əslində burada çox ciddi və düşündürücü məqam var. Fikirləşin, 10 il əvvəl Roza Zərgərli kim idi? Məgər onu bu günlərə daşıyan xalqıdırmı? Əgər elədisə, onda belə çıxır ki, mən bu xalqın nümayəndəsi yox, Zimbabve vətəndaşıyam.

Vallah, Rozanı müğənni edən onun arxasıdır. Lütfən, sizdən çox xahiş edirəm ki, yanlış anlamayın. Söhbət onun bığıburma sponsorundan gedir. Əgər sponsoru olmasaydı, indi Bakıdakı kafelərin birində "Halım yamandır Ceyran" mahnısını oxuyub, sərxoş müştərilərin könlünü əyləndirirdi.

Belələrini tənqid edəndə də, dərhal qaçırlar məhkəməyə ki, ay hakim, amandır, şərəf və ləyaqətim alçaldılıdıb, mənim ərim var, tez ol, 100 minlik təzminat istəyirəm.-filan... Hakim də baxmır ki, əgər bunun həqiqətən də əri varsa, bəs niyə şəxsiyyət vəsiqəsində subay yazılıb? Şikayətçinin arxası imkan verir ki, baxsın?

P.S. Kaş ki, şərəf və ləyaqətin olub-olmaması da şəxsiyyət vəsiqəsində yazılardı...
P.P.S. Rəhmətlik Sabir Tanrıverdiyev bir katibəsini qovub ki, sən müavinimin fahişəsisən. O da gedib həmin müəllimə şikayət edib. Müavin də sədrinin yanına gedib ki, "ayıb deyilmi, qıza demisiniz ki, o, mənim məşuqəmdir". Sabir müəllim and içib ki, vallah mən ona o sözü deməmişəm. Müavini az qala "yalnış anlaşılmaya" görə, üzr istəmək istəyəndə, rəhmətlik gül vurub: "Nə məşuqə, mən ona fahişə demişəm". İndi özünü Azərbaycan qadını adlandıran bəzi müğənnilər, vallah siz olsanız-olsanız Sabir müəllim deyəndən olarsınız, arxanıza güvənib, Azərbaycan qadını adına iddia etməyin. 

İsmayıl MƏMMƏDOĞLU
İcmal.az

DİGƏR XƏBƏRLƏR


---