Maqazİn

Roza izləyicilərinə əsəbiləşdi: "Ayıb olsun..."

Roza izləyicilərinə əsəbiləşdi:

Müğənni Roza Zərgərli maraqlı açıqlaması ilə diqqət çəkib.
Sfera.az axsam.az-a istinadən xəbər verir ki, sənətçi illərdir omba sümüyü xəstəliyindən əziyyət çəkdiyini bildirib:

"Liposaksiya etdirmişəm. Neçə ildir omba sümüyü xəstəliyindən əziyyət çəkirəm. Yeriməyimdə problem yaradırdı. Canım çox ağrıyır. Əməliyyat etdirdim ki, çəkim azalsın. Omba nahiyəsindəki sümüyə düşən ağırlıq azalmalı idi. Həm də pəhriz saxlayıram. Ona görə də formam qabarıq görünür. Bu da vecimə deyil".
Roza sosial şəbəkədə onu erməni əsilli dünya ulduzu Kim Kardaşyana bənzədənlərə əsəbiləşib:

"Mənə Azərbaycanın Kim Kardaşyanı deyirlər. Ayıb olsun, mənim qədər vətənpərvər yoxdur. Bütün dövlət tədbirlərində iştirak edirəm. Məni o erməniyə bənzədirlər. Bunu da sifarişlə yazdırırlar. Dünən ortaya çıxan sıçovullar etdirir. Deyirlər, ay it, kimi tutarsan, deyir, çörək verəni".

XƏBƏR LENTİ

«    Sentyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30