Rosler: "Azərbaycan buna böyük töhfələr verib"

Rosler:

Gücləndirilmiş mühafizə altında olan mədəni mülkiyyətlərin tanınması və silahlı münaqişələr zamanı onların toxunulmazlığının təmin edilməsi məqsədilə Haaqa Konvensiyasına əlavə olan 1999-cu il İkinci Protokolunu ratifikasiya edən dövlətlər xüsusi fərqləndirici nişan təsis ediblər. Bu nişan ilk dəfə YUNESKO-nun gücləndirilmiş mühafizə altında olan mədəni mülkiyyətlər siyahısına daxil edilmiş İçərişəhərdə və Qobustanda istifadə edilib. Bu siyahıya bəşəriyyət üçün son dərəcə önəmli olan mədəni mülkiyyətlər daxil edilir.

Sfera.az xəbər verir ki, Azərtac-ın xüsusi müxbiri bununla bağlı YUNESKO-nun irs bölməsinin və Dünya İrs Mərkəzinin direktoru Mextild Roslerə suallarla müraciət edib.

-Gücləndirilmiş mühafizə mexanizmi nədir və bu mexanizmin əsas məqsədi nədən ibarətdir?

-1954-cü ildə silahlı münaqişələr zamanı mədəni mülkiyyətlərin mühafizəsi üçün Haqqa Konvensiyası təsis edilib. Bundan başqa, çox böyük əhəmiyyət kəsb edən məhdud sayda mədəni mülkiyyətlərin qorunması üçün ümumi və xüsusi mühafizə rejimi tərtib edilib. Ancaq bu sistem elə də uğur qazana bilməyib. Bu xüsusi rejimdəki xətaları düzəltmək məqsədilə yeni mühafizə sistemi – gücləndirilmiş mühafizə tərtib edilib və 1999-cu ildə ikinci protokol qəbul edilib. Bu mexanizm 1954-cü il Haaqa Konvensiyasının təqdim etdiyi ümumi və xüsusi rejimlərdən fərqli olaraq bəşəriyyət üçün son dərəcə əhəmiyyətli olan mədəni irs obyektlərinin yüksək səviyyəli mühafizəsini təqdim edir. Onun əsas məqsədi mədəni mülkiyyətləri bütün hərbi hücumlardan qorumaq üçün əlavə mühafizə təmin etməkdir. İkinci protokol onun müddəalarının ciddi pozulmasına hallarına görə xüsusi cinayət sanksiyaları nəzərdə tutur. Məsələn, əgər hər hansı fiziki şəxs gücləndirilmiş mühafizə altında olan mədəni mülkiyyətləri hücum obyektinə çevirirsə və ya gücləndirilmiş mühafizə altında olan mədəni mülkiyyətdən istifadə edirsə, yaxud onun yerləşdiyi məkandan hərbi fəaliyyətin dəstəklənməsi məqsədilə istifadə edirsə və ya konvensiya və protokol çərçivəsində mühafizə olunan mədəni mülkiyyətləri dağıdar və ya mənimsəyərsə, bütün bu ciddi pozuntular milli qanunvericilik çərçivəsində cinayət pozuntusu kimi qəbul edilir.

-Hazırda YUNESKO-nun gücləndirilmiş mühafizə altında olan mədəni mülkiyyətlər siyahısına hansı mədəni mülkiyyətlər daxildir və bu mülkiyyətlər hansı proses əsasında siyahıya alınır?

-Bu gün YUNESKO-nun gücləndirilmiş mühafizə altında olan mədəni mülkiyyətlər siyahısına 12 mədəni mülkiyyət daxildir ki, bunlardan ikisi Azərbaycana məxsusdur. Bu mədəni mülkiyyətlərin siyahısı təşkilatın saytında yerləşdirilib.

1999-cu il tarixli ikinci protokolun 10-cu və 11-ci maddələrində gücləndirilmiş mühafizə altında olan mədəni mülkiyyətlərin siyahıya salınması proseduru təsbit edilib. Gücləndirilmiş mühafizə yalnız komitə tərəfindən silahlı münaqişə zamanı həmin mədəni mülkiyyətin qorunması məqsədilə verilə bilər. Bu, ikinci protokola üzv və aidiyyəti mədəni mülkiyyətlər üzərində səlahiyyəti və ya nəzarəti olan dövlətin tələbi ilə və ya Blu Şild Beynəlxalq Komitəsinin və digər səlahiyyətli beynəlxalq qeyri-hökumət təşkilatlarının komitəyə tövsiyəsi ilə mümkündür. İkinci protokolun 10-cu maddəsinə görə mədəni mülkiyyətlər, eyni zamanda, aşağıdakı üç şərtə də uyğun olmalıdır:

mədəni mülkiyyət bəşəriyyət üçün son dərəcə əhəmiyyətlidir; o, adekvat hüquqi və administrativ tədbirlərlə müstəsna mədəni və tarixi dəyər kimi tanınır və son dərəcə yüksək mühafizə ilə təmin olunur; hərbi məqsədlər və ya hərbi obyektləri müdafiə üçün istifadə olunmur. Yuxarıda adları sadalanan təşkilatların tələbinin qiymətləndirilməsindən sonra komitə üzvlərinin üçdəiki səs çoxluğu ilə həmin mədəni mülkiyyətə gücləndirilmiş mühafizə statusu verilib–verilməməsi ilə bağlı qərar qəbul edilir.

-Dünya irs siyahısı ilə gücləndirilmiş mühafizə altında olan mədəni mülkiyyətlər siyahısı arasında hansı ümumi və fərqli cəhətlər var?

-Dünya irs siyahısı ilə gücləndirilmiş mühafizə altında olan mədəni mülkiyyətlər siyahısı eyni beynəlxalq konvensiyalar əsasında tərtib edilməyib. Birincisi, dünya mədəni və təbii irsin qorunmasına dair 1972-ci il Konvensiyasından irəli gəlir. Digəri isə silahlı münaqişələr zamanı mədəni mülkiyyətin müdafiəsinə dair 1954-cü il Haaqa Konvensiyasının 1999-cu il ikinci protokoluna istinadən tərtib edilib. Lakin bu, heç də o demək deyil ki, bu iki mexanizm arasında oxşarlıq yoxdur. Əslində gücləndirilmiş mühafizə mexanizmi 1972-ci il Konvensiyası əsasında tərtib edilib. Bundan başqa, mədəni mülkiyyətlərin gücləndirilmiş mühafizədən bəhrələnə bilməsini nəzərdən keçirərək komitə diqqətə çatdırır ki, dünya irsi siyahısına salınmış daşınmaz mədəni mülkiyyətlər bəşəriyyət üçün böyük əhəmiyyət kəsb edən şəraitlə təmin olunsun. Hər iki mexanizm dövlətləri mədəni irsin qorunub saxlanması və mühafizəsi üçün tədbirlər görməyə təşviq edir. Bu beynəlxalq mexanizmlər çərçivəsində dövlətlər mədəni irsə birbaşa və ya dolayı yolla xələl gətirə biləcək tələsik tədbirlər görməmək öhdəliyi götürürlər. Bununla belə, bu iki mexanizm arasında mühüm fərqlər də müşahidə oluna bilər. 1972-ci il Konvensiyası sülh şəraitində, 1954-cu il Konvensiyası və onun ikinci protokolu silahlı münaqişə zamanı mədəni irsin müdafiəsini təmin etmək üçün düşünülüb. Bundan əlavə, mühafizə olunan mədəni mülkiyyət də eyni deyil: 1954-cü il Konvensiyası və onun 1999-cu il ikinci protokolu əslində daha geniş normanı əhatə edir, çünki onlar daşınar və daşınmaz mədəni mülkiyyətin mühafizəsini təmin edir. Ancaq 1972-ci il Konvensiyası yalnız daşınmaz mülkiyyəti nəzərdə tutur. Üstəlik, yalnız 1954-cü il Haaqa Konvensiyası və ona əlavə ikinci protokol sanksiyalar nəzərdə tutur. Gücləndirilmiş mühafizə altında olan mədəni mülkiyyətlərə hücum, hər hansı hərbi fəaliyyətə dəstək verilməsi və ya onu dağıtmaq üçün istifadə edilməsi 1999-cu il ikinci protokolunun ciddi pozulması kimi hesab olunur. Bu məsələyə üzv dövlətlər tərəfindən baxılır və ekstradisiya xarakterli cinayət əməli kimi nəzərə alınır.

-Mədəni mülkiyyətin qorunub saxlanması və mühafizəsi sahəsində YUNESKO və Azərbaycan arasında hazırkı əməkdaşlıq haqqında nə deyərdiniz?

-Bu il Azərbaycan Respublikasının YUNESKO-ya üzv olmasının 25 illiyi qeyd edilir. Azərbaycan 1954-cü il Haaqa Konvensiyasının üzvüdür və onun iki protokolunu ratifikasiya edib. Azərbaycan mədəni irsin qorunub saxlanılması və mühafizəsinə böyük töhfələr verib. 2013-cü ildə Şirvanşahlar sarayı və Qız qalası, eləcə də qayaüstü rəsmlərdən ibarət olan Qobustan qoruğu gücləndirilmiş mühafizə altında olan dünya mədəni irs siyahısına salınıb.

Azərbaycan, həmçinin 1954-cü il Haaqa Konvensiyası və onun iki protokolunun həyata keçirilməsi fəaliyyəti ilə bağlı da öz töhfəsini verib. YUNESKO davamlı dəstəyinə görə Azərbaycana minnətdardır.

Sfera.az 


OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...