İdman

Ronaldonun Turindəki yeni villasının görüntüləri yayıldı - FOTOLAR

Ronaldonun Turindəki yeni villasının görüntüləri yayıldı - FOTOLAR
Dünya çempionatına əlvida deyən Madrid "Real”ı və Portuqaliya yığmasının hücumçusu Kriştiani Ronaldo indi də İtaliyanın "Yuventus” klubuna transfer xəbəri ilə gündəmə gəlib.

Sfera.az bildirir ki, İtaliya və İspaniya mətbuatında gedən xəbərlərə görə, "Yuventus” Ronaldoya 4 illik müqavilə təklif edib, ildə 33 milyon avro ödəməyi qəbul edib. İtaliyanın "Sportmediaset” nəşri Ronaldonun transferinin bu gün açıqlanacağını yazıb. 

İspaniyanın "As” qəzeti Ronaldonun Turində qalmaq üçün villa tutduğunu yazıb. Xəbərə görə Ronaldo 1000 kvadrat metrlik villada yaşayacaq. Villanın 3 salonu, 7 yataq otağı var. Villanın hovuzu da mövcuddur.
 
Rəsul
Sfera.az
 
 


AdRiver

XƏBƏR LENTİ

«    Fevral 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728