İdman

"Ronaldonun DÇ-də etdiyi tam qanunsuzdur"

Portuqaliya yığmasının lideri Kriştianu Ronaldunun DÇ-nin qrup mərhələsində keçirilən İspaniya ilə qarşılaşmada sərgilədiyi oyun hər kəsi heyrətləndirib.

Sfera.az komanda.az-a istinadən xəbər verir ki, Ronaldonun sabiq komanda yoldaşı, "Mançester Yunayted"in keçmiş oyunçusu Rio Ferdinand da Ronaldonun oyununa biganə qalmayıb. O, portuqal futbolçu barədə "Tvitter"də belə yazıb:

"Mən nəfəs ala bilmirəm. Ronaldunun dünya çempionatında etdikləri tam qanunsuzdu".

İspaniya - Portuqaliya oyunu 3:3 hesabı ilə başa çatıb. Portuqalların hər 3 qolunu Kriştianu Ronaldu vurub.
AdRiver

XƏBƏR LENTİ