Ronaldo məhkəmədə uduzdu

Ronaldo məhkəmədə uduzdu
İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldo Almaniyanın "Der Spiegel" nəşrinə məhkəmədə uduzub.
 
Məhkəmə iddiası jurnalın portuqaliyalı hücumçunun vergi ödəməkdən yayınma üsullarına dair bir sıra məqalələri ilə əlaqədar qaldırılıb. Ronaldo qəzeti  şəxsi həyatına müdaxilədə ittiham edərək məhkəməyə verib.
 
2017-ci ilin fevral ayında Hamburq vilayət məhkəməsi "Der Spiegel"ə 34 yaşlı forvardın fırıldaqları barədə məqalələri öz saytından müvəqqəti çıxarmasına dair hökm verib. Lakin İspaniya məhkəməsi futbolçunu ölkənin vergi qanunvericiliyini pozmaqda günahkar bildikdən sonra onun vəkilləri Almaniya nəşrinə qarşı iddianı geri götürmək məcburiyyətində qalıblar. Onlar işi uduzacaqlarını anlayaraq, bu addımı atıblar.
 
Qeyd edək ki, yanvarın 22-də Madrid məhkəməsi Kriştianu Ronaldonu vergi ödəmədiyi üçün 18,8 milyon avro məbləğində cərimələyib.

OXŞAR XƏBƏRLƏR