Ronaldo \"Mançester Yunayted\"ə dönüşünü qolla qeyd etdi

Ronaldo \
12 illik fasilədən sonra yenidən İngiltərənin "Mançester Yunayted" klubuna dönən portuqaliyalı futbolçu Kriştiano Ronaldo dönüşünü qolla qeyd edib.

Sfera.az-ın məlumatına görə, Ronaldo "Nyukasl"la matçın ilk hissəsinə əlavə olunan dəqiqələrdə fərqlənib. Ronaldo "Real" və "Yuventus"da çıxış etdikdən sonra doğma "Old Trafford" stadionuna dönüb.

2003-2009-cu illərdə Ronaldo "Mançester Yunayted"in heyətində 292 matçda meydana çıxaraq rəqib qapılarına 118 dəfə yol tapmışdı. 

BAKU.WS

OXŞAR XƏBƏRLƏR