Ronaldinyo yaşıl meydanlara geri dönür

Ronaldinyo yaşıl meydanlara geri dönür
 

Braziliya milli komandasının sabiq futbolçusu Ronaldinyo yenidən meydana çıxacaq.

Sfera.az bildirir ki,  39 yaşlı cənubi amerikalı Kolumbiyanın "Santa-Fe” klubunun heyətində yoldaşlıq oyununda iştirak edəcək.

2002-ci ilin dünya çempionu və "Qızıl top”un sahibi olan braziliyalı 4 ildən sonra yaşıl meydana qayıdacaq. Karyerasını 2015-ci ildə başa vuran Ronaldinyonun qatılacağı bu matç oktyabrın 17-də baş tutacaq. "Santa-Fe”nin bu oyundakı rəqibi bəlli deyil. Qarşılaşmaya biletlərin qiyməti 14,46 manatdan 63,42 manata qədərdir.

 

Qeyd edək ki, Ronaldinyo karyerası ərzində "Barselona”, PSJ və "Milan” kimi klublarda oynayıb.


OXŞAR XƏBƏRLƏR

BŞT Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə MÜRACİƏT ETDİ

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) fəaliyyəti dayandırılacaq Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə müraciət edib.  ...

AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına ÜZV OLDU

Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanları operatorlarının yeganə qlobal təşkilatı olan Avropa Beynəlxalq Hava Limanları Şurasının (Airports Council Inte...

Kloppdan Salahla bağlı AÇIQLAMA: "Son vaxtlar onun..."

"Liverpul"un baş məşqçisi Yurgen Klopp "qırmızılar"ın hücumçusu Məhəmməd Salahın hazırkı vəziyyəti barədə danışıb.   Sfera....

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti MÜZAKİRƏ ETDİ

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mus...

Bu xəbər neft və qızılı BAHALAŞDIRDI

ABŞ mediasında İsrailin İrana qarşı hücum təşkil etdiyi barədə xəbərlərin yayılması birjalarda qızıl və neft qiymətlərinə təsir edib.  Sfera.az xatırl...

"Beşiktaş" Qurban Qurbanovla bağlı xəbəri TƏSDİQLƏDİ: "Qəti qərar..."

"Beşiktaş" "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla maraqlandıqlarına dair xəbərlərə münasibət bildirib.   Sfera.az Qol.az-a is...