Roma papası onun ayaqlarından öpdü:“Qanlı davanı saxlayın” - VİDEO

Roma papası onun ayaqlarından öpdü:“Qanlı davanı saxlayın” - VİDEO
Roma Papası Fransisk Cənubi Sudan rəhbərlərini sülhü qorumağa, vətəndaş müharibəsinə yol verməməyə çağıraraq qarşılarında diz çöküb, çəkmələrini belə öpüb.

Ötən gün Roma papası Cənubi Sudan Prezidenti Salva Kiir Mayardit və üç vitse-prezident, həmçinin üsyançıların lideri, sabiq Prezident müavini Riek Maçarla dualar və moizə üçün dəvət olunduqları Vatikandakı iqamətgahında görüşüb.

Görüş zamanı katolik kilsənin ruhani başçısı Prezident Salva Kiir Mayarditin və müxalifət lideri Riek Maçarın əllərindən tutub sinəsəndə birləşdirərək "Sizdən qardaşlarım kimi xahiş edirəm. Sizdən bütün qəlbimlə xahiş edirəm, sülhdə qalın” deyə onlara müraciət edib.

Bu hadisə qonşu Sudanı 30 il avtoritar üsulla idarə etmiş Prezident Ömər əl-Bəşirin hakimiyyətdən getməsindən saatlar sonra baş verib.

Qeyd edək ki, 2011-ci ildə yaranan Cənubi Sudan Respublikasında 2013-cü ildən cərəyan edən daxili müharibə nəticəsində 400 mindən çox sakin ölüb."Report”



OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...