Roma Papası Heydər Məscidində olub

Roma Papası Heydər Məscidində olub

 

Azərbaycanda səfərdə olan Roma Papası Fransisk Bakıdakı Heydər Məscidini ziyarət edib.

 

Sfera.az Report-a istinadən xəbər verir ki, qonağı Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə qarşılayıb.

 

Daha sonra Papa Fransisk məscidlə tanış olub. Burada müxtəlif dinlərin nümayəndələri ilə görüşüb. Qonağa müqəddəs Qurani Kərim hədiyyə olunub.

 

Roma Papası və QMİ sədri dindarlar qarşısında çıxış edib.



OXŞAR XƏBƏRLƏR