Robert Koçaryan: \"Paşinyan Qarabağdan bir yük kimi xilas olmaq istəyir\"

Robert Koçaryan: \
 

Ermənistanın sabiq prezidenti Robert Koçaryan Paşinyan hökumətini sərt tənqid edərək, indiki hakimiyyəti Qarabağla bağlı təhlükəli siyasət aparmaqda günahlandırıb.

 

Ermənistanın ikinci prezidenti R.Koçaryan Yerevanın "Beşinci Kanalı”na müsahibəsində deyib ki, Paşinyan qondarma DQR-in işlərinə çox qarışmaqla danışıqlar prosesində Ermənistanın mövqeyini zəiflədir və qondarma rejimin statusunu aşağı salır: "Mən Ermənistan prezidenti olandan sonra heç vaxt Qarabağın işlərinə qarışmamışam, bunu Serj Sarkisyan da etmirdi…”.

 

Koçaryanda belə bir təəssürat yaranıb ki, Qarabağ indiki hakimiyyət üçün dəyər deyil: "İndiki hakimiyyət üçün Qarabağ ağır yükdür, dəyər yox. 90-cı illərdə Levon Ter-Petrosyanın idarəçiliyi dövründə də belə olub. Şüuraltı olaraq, hakimiyyət düşünür ki, canını bu ağır yükdən necə qurtarsın…”.

 

Eks-prezident deyib ki, onun həbsi də Qarabağa dair mövqeyi ilə əlaqədardır: "Mənim keçmişim o qüvvələri narahat edir ki, onlar Qarabağ münaqişəsinin ermənilərin maraqlarına uyğun şəkildə həllinin baş tutmamasına can atırlar…”.


OXŞAR XƏBƏRLƏR