Rio 2016: Putinin mühafizəçisi qızıl medal qazandı - FOTO

Rio 2016: Putinin mühafizəçisi qızıl medal qazandı - FOTO
Rusiyalı boksçu Yevgeni Tişenko ölkəsinə Rio 2016 Olimpiya oyunlarında 11-ci qızıl medalı qazandırıb. 

Sfera.az xəbər verir ki, kişilərin 91 kq çəki dərəcəsində yarışında qazaxıstanlı rəqibi Vasili Leviti 3-0 hesabı ilə məğlub edən Tişenko qızıl medalın sahibi olub. 

Görüşü izləyən azarkeşlər hakimlərin Tişenkonun əleyhinə səhv qərarlar verdiyini düşünərək etirazlarını bildirib, mükafatlandırma mərasimi zamanı rusiyalı idmançını fitə basıblar. Bu zaman Qazaxıstanın gümüş mükafatçısı Vasili Levit azarkeşlərə sakit olması üçün işarə edib. 

Rio 2016: Putinin mühafizəçisi qızıl medal qazandı - FOTO


196 santimetr boya malik 25 yaşlı boksçu rəsmi şəkildə polis əməkdaşı kimi təqdim olunsa da, onun Rusiya prezidenti Vladimir Putinin mühafizə xidmətində çalışdığı bildirilir.
 
İnteraz //
Sfera.az

OXŞAR XƏBƏRLƏR