REZİDENTİN “SƏHVI”- QEYRI-ADİ TAPŞIRIQ

REZİDENTİN “SƏHVI”- QEYRI-ADİ TAPŞIRIQ
Məhərrəm Abdulla

Ötən yazılarımızda XX əsrin əvvəllərində xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı olmuş, sabiq kəşfiyyatçı Milord Dantenin (adı şərtidir) "Sənədli və maraqlı casus hekayətləri” adlı memuarlar kitabından bəzi məqamları diqqətinizə çatdırmışdıq. Xatırladaq ki, o, vaxtilə kəşfiyyat orqanları tərəfindən aşkarlanmış əməliyytaları və məxfi sənədləri bir araya gətirərək bu kitabı yazmağa nail olduğunu bildirib. Yenidən həmin maraqlı nəşrdən bəzi məqamlarısizə təqdim edirik. 
70-ci illərin ortaları. Madridin mərkəzi küçələrindən biri. Günəşli və təmiz bir yaz  səhəri  idi. Saymon adlı şəxs (keçmiş sovet kəşfiyyatçısı, DTK zabitinin kod adı məhz belə idi) tələsmədən, sadəcə olaraq küçə boyunca yerləşən ticarət  köşklərinin və kafelərin gözəl bəzədilmiş vitrin şüşələrini, sanki araşdırırmış kimi maraqla izləyərək, üzüaşağıya doğru hərəkət edirdi.  O sakit və qayğısız görünürdü. Amma birdən onun nəzərləri  küçənin qarşı tərəfində yerləşən binanın üçüncü mərtəbəsindəki otağın açıq pəncərəsində qoyulmuş gül dibçəyinə sataşdı. Məsələ burasındadır ki, bu gün məhz bu evdə və elə həmin otaqda onunla rezident arasında konsperativ görüş baş tutmalı idi. Lakin pəncərədə qoyulan bu dibçək barədə o xəbərdar edilməmişdi. Bunu görən Saymonun daxilindən sanki bir gizilti keçdi, lakin o çalışdı ki, bu hiss  zahiri görünüşünə o qədər də təsir etməsin və demək olar ki, buna nail oldu. Belə ki, xarici ölkələrdə uzun müddətli casusluq fəaliyyəti onun karına gəldi, belə ehiytatlı davranışına  səbəb isə,onun bir neçə il əvvəl çox məşhur bir filmə tamaşa etməsi idi. Həmin filmdə təxminən buna oxşar hadisədən bəhs edən epizod var idi. Amma orada gül dibçəyi əməliyyatın iflasa uğraması mənasını verirdi. 
 
DTK zabiti cəldliklə, diqqəti cəlb etmədən  küçənin qarşı tərəfindəki  səkiyə tərəf keçdi.Bir neçə dəqiqə ərzində səssizcə dayanaraq, bütün varlığı ilə yaddaşını işə salmağa çalışdı - görəsən bu nə demək idi?  Amma illərlə qazandığı casusluq təcrübəsindən yadına, əhəmiyyətli və faydalı olacaq bir şey sala bilmədi. Sonra Saymon cibində gizli saxladığı bloknotunu çıxararaq  diqqətlə vərəqləməyə başladı. Lakin dəftərçədə, nə belə ilk baxışda sadə görünən vəziyyət  haqqında yazılmışdı, nə də bu zaman hansısa adekvat addımlar atmaq barədə tövsiyyələr yox idi. Bir anlıq çaşqınlıq içərisində olan Saymon, daha ətraflı məlumat əldə etmək qərarına gəldi. İki-üç dəqiqə ərzində atacağı növbəti addımları ilə bağlı beynində bir neçə müxtəlif mümkün variantları götür-qoy edən Saymon nəhayət ki, bir variant üzərində möhkəm dayanmağı qərara aldı.  Yoldan ötüb keçənlərin yersiz diqqətini cəlb etməmək və çətin bir vəziyyətə düşdüyünü göstərməmək üçün o, anidən qərar verməyi məqsədəuyğun hesab etdi. O çox ehtiyat edirdi ki, yoldan keçən "mərhəmətli”  birisi, ona kömək etmək qərarına gələ bilər, bu isə onun məxfi planları ilə üst-üstə düşmürdü. 
 
Saymon qəfildən əyilərək yerdən orta ölçülü bir daş parçası götürdü və  bayaqdan müşahidə etdiyi  konsperativ mənzilin açıq pəncərəsindən içəriyə atdı. Bir neçə saniyə sonra  pəncərənin önündə, alnında bu daş parçasının izi olan və üz quruluşu Saymona tamamilə yad gələn  bir nəfər göründü. Onun simasında açıq-aşkar qəzəb hiss olunurdu. Həmin şəxs Saymonu görən kimi bir neçə söyüş və təhqir dolu ifadələr işlətdi, sonra isə qəfildən gül olan həmin dibçəyi götürüb, var gücü ilə ona tərəf tulladı. Saymon bir anlıq duruxdu, amma həmin əşyanın zərbəsindən güclə də olsa yayına bildi. Dibçək ancaq onun ayağını yüngülcə  zədələdi. Saymon bir anlıq geri döndü, bu insana kinayə ilə baxdı, sonra isə ona tərəf tüpürərək oranı nümayişkar  şəkildə tərk etdi. O, sanki heç bir şey baş verməyibmiş kimi küçə boyunca hərəkətini davam etdirdi və yaxınlıqda yerləşən kafelərdən birində əyləşərək ləzzətlə kofe içməyə başladı. 
 
Bu "anlaşılmazlıq”,  ilk baxışda  qəribə görünən  bu hadisə demək olar ki, onun xeyrinə işlədi. Konsperativ mənzildə olan rezidentlər, bununla
da Saymonun həyatını xilas etmiş oldular. Belə ki, Saymonu müşahidə edən ingilis əks-kəşfiyyatının əməkdaşı, xüsusi xidmət orqanının zabiti Ceyms sonradan öz raportunda belə yazmışdı: ”Müşahidə etdiyimiz subyektin davranışlarına əsasən, o, hər hansı bir casusluq hərəkətlərinə yol vermədi. Onun hərəkətlərindən belə qənaətə gəlmək olar ki, o həqiqətən də bu şəhərə yalnız istirahət məqsədi üçün təşrif buyurub. Yuxarıda deyilənləri  nəzərə alaraq, biz həmin subyekt üzərindən müşahidəni götürmək qərarına gəldik...”  
 
Rezidentin qəribə, ehtiyatsız və səfeh davranışı,  bu dəfə onun həyatını qurtardı. Ardı var...

OXŞAR XƏBƏRLƏR

Doktoranturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ - BU GÜN SAAT 11:00-DAN...

Bu gün saat 11:00-dan ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə başlanılır. Sfera.az xəbər verir ki, bu barədə Elm və Təhsi...

Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA

“Pensiya yaşına çatmadan dünyasını dəyişən insanların pensiya kapitalı qanunla heç kimə verilməli deyil”.   Sfera.az bildirir ki, bunu qa...

Qripin ağciyərlərə vurduğu zərərin qarşısını alan dərman hazırlandı

Yeni hazırlanmış dərman qripin yaratdığı iltihabın səbəb olduğu ağciyər zədələnməsinin qarşısını ala bilib.   Sfera.az bildirir ki, qripə səbəb olan qr...

Gürcüstan parlamentində kütləvi dava düşdü

Gürcüstan parlamentində “Xarici agentlər haqqında qanun”un müzakirəsi zamanı səs-küylü insident yaşanıb.    Sfera.az bildirir ki, Gü...

Bakı və Belqrad arasında mühüm telefon danışığı

15 aprel 2024-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Serbiya Baş nazirinin birinci müavini, xarici işlər naziri İvitsa Daçiç ilə telefon danışığı a...

70 yaşlı məşhur amerikalı aktyor mərhum oğlunun fotosunu paylaşdı

70 yaşlı məşhur amerikalı aktyor Con Travolta mərhum oğlu Cettin xatirəsini ehtiramla yad edib. O, arxiv görüntülərini İnstaqramda paylaşıb.   Sfera....