Reytinqləri alt-üst edən türk serialının ulduzu erməni əsilli imiş - FOTO

Reytinqləri alt-üst edən türk serialının ulduzu erməni əsilli imiş - FOTO

Türkiyədə son aylarda izlənmə rekordu qıran "Hercai" serialının baş rol ifaçısı Ebru Şahinin erməni əsilli olduğu üzə çıxıb.

Sfera.az publika.az-a istinadən xəbər verir ki, 25 yaşlı aktrisanın ana tərəfinin erməni olduğu iddia edilib.

Məlumat üçün bildirək ki, "İstanbullu gəlin" serialında Burcu xarakteri ilə məşhurlaşmağa başlayan film ulduzu İstanbul Universitetinin İdman fakütləsində təhsil alıb. O, idman təhsilini başa vurduqdan sonra aktyorluq kurslarına yazılıb:

"İstanbul Universitetinin İdman Elmləri fakültəsinin məzunuyam, ancaq ağlımla hisslərimi eyni tərəziyə qoyduğum andan etibarən aktyorluqla məşğul olmağa qərar verdim. Teatr həyatıma çox kiçik yaşlarda girdi. Xəyalımda olmaq istədiyim peşə də bu idi. Sadəcə, bu qərarımı reallaşdırmaq bir az vaxt apardı. Özümlə bağlı heç bir şübhəm yox idi. Onsuz da, oxuduğum fakültə ixtisas üzrə idi. Həm idman idarəçiliyi, həm idman müxbirliyi üzrə oxuyur, həm də məşq edirdim. Aktyorluq Türkiyədə "Bəlkə alındı" məntiqi ilə işlədiyi üçün bu yola əminliklə çıxmaq bir az çətin oldu. Amma sevdiyin bir şeyin arxasınca getmək üçün risk etməyə dəyər.

 

11 yaşımdan bəri lisenziyalı yürüşçüyəm. İdman etmədiyim günlər özümü rahat hiss etmirəm. Fit qalmaq üçün artıq idman edirəm. Pole rəqsi ilə maraqlanıram. Onun xaricində hər gün yoqa edirəm, evdə də fitneslə məşğul oluram. Mümkün qədər çox istiqamətli olmağa çalışıram. Amma idmanla bağlı karyera qurmaq haqqında düşünmürəm. Sənət eşqim, idman məhəbbətimdən üstün oldu. Həyatda prioritetlərimizi müəyyən etdiyimiz bir an olur. Mənim də tamamilə özümü aid hiss etdiyim peşə aktyorluqdur".

 

OXŞAR XƏBƏRLƏR

Aparıcı Zamirə Dadaşova “Space TV”yə qayıtdı: “Məbləğin bir qismi ödənildi”

“Space TV” ilə bağlı problemə bu gün son qoyduq. Məhkəmənin qərarı nəhayət icra olundu. Mənə ödənilməli məbləğin bir qismi ödənildi. Bir hissəsini i...

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin SİYAHISI

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin siyahısı açıqlanıb.   Sfera.az xəbər verir ki, siyahı Azərbaycan Respublikasının Elm, texnika...

İranlı diplomat Estoniya XİN-ə çağırıldı

İranın müvəqqəti işlər vəkili Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin sa...

Hərbi helikopterlər havada toqquşub: Ekipaj üzvləri həlak oldu

Malayziyada iki hərbi helikopter Lumut bazasında təlim uçuşları zamanı qəzaya uğrayıb. Ekipaj üzvlərindən heç biri sağ qalmayıb.   Sfera.az xəbər ver...

Şoyqunun müavini rüşvətə görə saxlanıldı - FOTO

Rusiya müdafiə nazirinin müavini Timur İvanov rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya İstintaq ...

Avtosalon işçisi 3 milyon avroluq “Ferrari”ni qəzaya uğratdı - FOTO

1990-cı ildə istehsal olunmuş “Ferrari F40” Almaniyada qəzaya uğrayıb. Avtomobilə ciddi ziyan dəyib.    Sfera.az bildirir ki, qəzaya...