Rəsul Çunayev idman zalı açdı - FOTOLAR

Rəsul Çunayev idman zalı açdı - FOTOLAR

Daha bir məşhur idmançımız idman zalı açıb.

Oxu.Az-ın xəbərinə görə, yunan-Roma güləşi üzrə Olimpiya mükafatçımız, dünya və Avropa çempionumuz Rəsul Çunayev idman zalı açmağa qərar verib.

İdman zalı Bakıdadır və "Go Fitness” adı ilə fəaliyyət göstərəcək. Zal açılsa da, onun xidmətindən martın 4-dən etibarən istifadə etmək mümkün olacaq. Bundan bir həftə sonra isə rəsmi açılış mərasimi planlaşdırılıb.

 

Rəsul Çunayevin özünün də fiziki məşqlərini edəcəyi zal metronun "Memar Əcəmi” stansiyasının yaxınlığında yerləşir. Bazar ertəsi-şənbə günləri məşqlər saat 08:00-23:00-dək, bazar günü isə 10:00-18:00-dək fəaliyət göstərəcək.

Həmçinin xanımlar üçün də özəl vaxt nəzərdə tutulub. Xanımlar burda bazar ertəsi, çərşənbə və cümə günləri saat 08:00-13:00 aralığında fitneslə məşğul ola bilər. Məşqləri bodibildinqçi Renat Əfəndiyevlə Anar Heydərov keçəcək.

Bir ay ərzində 12 dəfə məşq etmək bəylər üçün 50, xanımlar üçün 40 manat nəzərdə tutulub. Ay ərzində limitsiz məşqlərin qiyməti isə müvafiq olaraq 60 və 50 manatdır.

Qeyd edək ki, daha əvvəl məşhur kikboksçularımız – Zabit Səmədov və Eduard Məmmədov idman zalı açıb. Həmin zallarda müvafiq olaraq "Zabit Səmədov” və "Ağ Canavar” idman klubları fəaliyyət göstərir. 






OXŞAR XƏBƏRLƏR

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırdı

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudla...

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.   Bu barədə ...

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...