Restrukturizasiyadan sonra müştərinin aylıq kredit ödənişi üç dəfəyədək azalır – Müsahibə

Restrukturizasiyadan sonra müştərinin aylıq kredit ödənişi üç dəfəyədək azalır – Müsahibə
 
Restrukturizasiya prosesin müştəriyə verdiyi əsas üstünlük onun aylıq ödənişlərinin minimuma
salınması və kredit tarixçəsinin yenilənməsidir. Unibank müştərilərinin bir hissəsi artıq
kreditlərini restrukturizasiya edib. Bu haqda "Unibank” KB-nın Satış və xidmətə dəstək
departamentinin müdiri Mikayıl Məmmədov bildirib..
- "Unibank”da restrukturizasiya prosesi necə gedir?
"Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə
tədbirlər haqqında”  Prezident fərmanının icrası Unibank üçün ilk gündən əsas prioritet məsələ
olub. Bank kompensasiya ödənişlərini Fərmanda nəzərdə tutulduğu kimi vaxtında başa çatdırdı.
Proses dövründə 122 651 müştəriyə 65 milyon 257 min manat məbləğində kompensasiya ödənişi
həyata keçirildi. Kompensasiya ödənişləri başa çatan kimi, biz fərmanın ikinci hissəsinin
icrasına- fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası ilə bağlı proseslərə
başladıq. Fərmanı əhatə edən müştərilərimizin bir hissəsinin kreditləri artıq restrukturizasiya
edilib. İndiyədək restrukturizasiya olunan kreditin həcmi 19 milyon manata yaxındır. Müştərilər
filiallara dəvət edilərək, çox qısa vaxt ərzində restrukturizasiya müqaviləsi bağlanır.
Müştərilərin restrukturizasiya ediləcək kreditləri üzrə cari günə hesablanmış cərimə, faiz borcları
avtomatik olaraq bağışlanır, müştəriyə cari günə olan kreditlərin yalnız əsas məbləğ üzrə borcu
qədər yeni kredit açılaraq, digər kreditləri bağlanılır. Fərmanda da nəzərdə tutulduğu kimi kredit
illik faiz dərəcəsi 1% olmaqla, 60 ay müddətinə rəsmiləşdirilir.
- Restrukturizasiya prosesi müştəriyə hansı üstünlükləri verir?
Fərmanda da qeyd olunduğu kimi borcun xarici valyuta və ya manatla olmasından asılı
olmayaraq, 1 yanvar 2012-ci il tarixindən fərman qüvvəyə minən tarixədək bağlanmış kredit
müqavilələri üzrə 360 gündən çox gecikdirilmiş və borcu 17 000 AZN-dən az olan kreditlərin
restrukturizasiyası nəzərdə tutulur. Yeni kredit müqaviləsinə görə, birinci il ərzində müştəri
yalnız faiz borcunu ödəyir ki, bu da ay ərzində bir neçə manata yaxın bir vəsait edir. 13-cü aydan
başlayaraq isə həm əsas borc və həm də faiz borcu üzrə aylıq ödənişlər edilir. Prosesin müştəriyə
verdiyi əsas üstünlük onun, aylıq ödənişlərinin minimuma salınmasıdır. Proses başlayan kimi
müştərinin krediti üzrə məhkəmə işi və kredit üzrə müştərinin əmək haqqı və ya pensiyasından
tutulmalar dayandırılır. İlk 1 il müştəri qalıq kredit borcundan asılı olaraq aylıq 1-14 manatlıq
ödəniş edir. Kreditini artıq restrukturizasiya etmiş iki müştərimizin nümunəsində prosesin
müştərilərin kredit yüklülüyünü nə qədər azaltdığına baxaq: Restrukturizasiya prosesi
nəticəsində müştəri C. Həsənovun 583 AZN faiz borcu silinib. Prosesdən əvvəl müştərinin aylıq
ödənişi 806 AZN təşkil edirdi. İndi 1-ci il ərzində 12 manat ödəyəcək. İkinci ildən isə
müştərinin aylıq ödənişi 296 manat olacaq. Yəni restrukturizasiyadan əvvəlki dövrlə
müqayisədə müştərinin aylıq ödənişi 3 dəfəyə yaxın azalır və borcunun 583 AZN-lik hissəsi
silinir. Bu da təbii olaraq əvvəllər kredit yüklülüyündən əziyyət çəkən müştərinin dirçəlməsinə
səbəb olur.
Digər nümunə: Fərman verilən tarixədək Həsənova soyadlı müştərimiz aylıq 318 AZN ödəniş
edirdi. Restruktrizasiya proqramına düşdüyündən, müştərinin 2137 manat faiz və cərimə borcu

fərmana əsasən bağışlandı. Yəni müştəri yeni kredit müqaviləsinə imza atanda, 2137 manat
borcu artıq silinmiş oldu. Müştərinin qalan əsas borcu 5589 manat 60 aya cəmi 1%-lə yeni kredit
müqaviləsi əsasında rəsmiləşdirildi. İlk 1 ildə müştərinin aylıq ödənişi 5 manatdan da az edir. 13-
cü aydan başlayarq isə hər ay 119 manat kredit ödəyəcək. Restrukturizasiya təkcə bu müştərinin
aylıq ödəniş məbləğini 3 dəfəyə yaxın azaltdı.
Fərmana əsasən, krediti restrukturizasiya olunan hər bir müştəri istər ümumi borclarının, istərsə
də aylıq ödənişlərinin dəfələrlə azalmasında bu prosesin əhəmiyyətini görəcək. Prosesin
müştərilər üçün daha bir üstünlüyü isə kredit tarixçəsinin yenilənməsidir. Fərmanın ikinci
mərhələsinin əhatə etdiyi müştərilər bir ildən artıq gecikməsi olan müştərilər olduğundan, onlar
yenidən kredit götürə bilmirdilər. Restrukturizasiya müqaviləsindən sonra isə müştərilərin kredit
tarixçəsi tamamilə təmizlənir və müştərinin kredit götürmək imkanı yaranır.
- Bəzi müştərilər kredit ödənişinin 5 il davam edəcəyini düşünüb restrukturizasiya
prosesində maraqlı olmurlar. Kreditlərini daha tez ödəmək istəyirlər. Bununla bağlı
hansısa məhdudiyyət varmı?
- Xeyr, heç bir məhdudiyyət yoxdur. Restrukturizasiya zamanı kredit müqaviləsi 5 il müddətinə
bağlanır. Amma müştəri istəyərsə, kreditini bir neçə aya da bağlaya bilər. Fərmanla
restrukturizasiya müqaviləsinin 5 il bağlanması müştərinin aylıq ödənişinin az olması,
müştərinin bu cüzi məbləği ödəyən zaman çətinlik çəkməməsi üçündür.
- Proses nə zaman bitəcək?
31 dekabr 2019-cu il vətəndaşların müraciətlərinin qəbulunun son günüdür. Biz çalışırıq ki bütün
vasitələrlə müştəriləri məlumatlandıraq. Amma bu kreditlər 4-5 il əvvəl rəsmiləşdirildiyindən,
ötən müdddətdə müştərilərdən öz mobil nömrələrini dəyişənlər də var ki, onlarla əlaqə yaratmaq
bir qədər çətin olur. Ona görə SMS, zəng çatmayan Fərmana əsasən restrukturizasiyaya aid olan
və borcunu hələdə restrukturizasiya etməyən müştərilərimizdən xahiş edirik ki filiallarımıza
müraciət edərək restrukturizasiya müqaviləsini imzalasınlar. Bu həmin müştərilərinin aylıq kredit
öhdəliklərinin azalması və tarixçələrinin yenilənməsi üçün çox vacibdir. Hazırda Abşeron ərazisi
üzrə Bankın baş idarəsində , "Dərnəgül” və "Sumqayıt” filiallarında, regionlarda isə bütün
filiallarımızda restrukturizasiya prosesi həyata keçirilir. Bu proses üçün ayrıca əməkdaşlar
ayrılıb. Unibank olaraq prosesin vaxtında və yüksək səviyyədə icrası üçün bütün imkanlardan
istifadə edirik.

OXŞAR XƏBƏRLƏR