Restoranda dava: əxlaqsız ofisianta tapançalı cavab - VİDEO

Restoranda dava: əxlaqsız ofisianta tapançalı cavab -  VİDEO

İstanbulun Fatih Kumkapı səmtindəki restoranlardan birində ailə üzvləri, qohumu və rəfiqələri ilə yemək yeyən Yeliz D. adlı qadın ofisiantın əxlaqsızlığının qurbanı olduğunu deyib.

Milli.Az Milliyet-ə istinadən bildirir ki, şam yeməyi başa çatanda Yeliz D. hesabı istəyib. Şirkət sahibəsi, iş adamı olan Yeliz xanıma hesabı gətiriblər və o, 450 lirəlik hesabı görəndə etiraz edib.

Az sonra ofisiantla mübahisə başlanıb, Yeliz D. qışqırıb və çantasından çıxardığı tapança ilə havaya iki dəfə atəş açıb. 
Olaydan sonra Erzincana, qohumunun yanına yollanan Yeliz D.-ni polis saxlayıb.

O, polisdə verdiyi ifadəsində deyib: "Bacım, qızıım, əmimin oğlu və rəfiqələrimlə restoaran şam yeməyinə getdik. Yeməyi yedik, qohumum Erdi Güler hesabı istədi. 1 şüşə rakı, 3 nimçə salat və 1 məzə üçün bizə 450 lilərik hesab yazmışdılar. Bank kartımı verdim.

Ofisiant da pos terminalla kartımdan 2500 lirə silmək istədi. "Zatən çox hesab yazıbsınız, üstəlik kartdan da 2500 lirə silmək istəyirsiniz" deyəndə menecer "Rədd olun buradan, bir də gəlməyin!" bağırdı.

Kartımı əlində tutan ofisiant isə irişərək "Pulunuz yoxsa səninlə hesablaşarıq, arxa qapı tərəfə keç" dedi. Dəli oldum! Atamdan qalma tapançanı çıxarıb havaya iki dəfə atəş açdım", - Yeliz D. deyib.

Sfera.az

фото


OXŞAR XƏBƏRLƏR