Rəsmi nikah olmadan kəbin kəsən din xadimi cəzalandırılacaq - VİDEO

Rəsmi nikah olmadan kəbin kəsən din xadimi cəzalandırılacaq - VİDEO

 

Rəsmi nikah olmadan dini nikah bağlamaq qadağandır. Dini qurumlarla iş üzrə dövlət komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, bu işi həyata keçirən din xadimi cəzalandırılacaq. Komitə sədri "seyid vəsiqəsi" verilməsi məsələsinə də münasibət bildirib.

Rəsmi nikah olmadan dini nikah bağlayan din xadimi cəzalandırılacaq...

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, nikah münasibətləri ilə bağlı müvafiq dövlət qurumu var. Bu qurumun sənədi olmadan dini nikah kəsmək qanunsuzdur.

Komitə sədri bir müddət əvvəl "Seyid vəsiqəsi" verilməsi məsələsinə də toxunub. Onun sözlərinə görə, Komitə və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən birgə araşdırma aparılıb və vəsiqəni verən qaziyə xəbərdarlıq edilib.

Mübariz Qurbanlı deyib ki, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyinat almayan şəxsin dini ayin icra etməsi qanunsuzdur. Bununla bağlı komitəyə səlahiyyət verilib ki, hər hansı şəxs təyinat olmadan yerlərdə dini ayin icra edərsə, komitənin müvafiq nümayəndəsi onun fəaliyyəti ilə bağlı protokol tərtib edəcək və məhkəməyə müraciət olunacaq. Həmin şəxs barəsində də müvafiq cəza tədbiri həyata keçiriləcək.

 

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin SİYAHISI

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin siyahısı açıqlanıb.   Sfera.az xəbər verir ki, siyahı Azərbaycan Respublikasının Elm, texnika...

İranlı diplomat Estoniya XİN-ə çağırıldı

İranın müvəqqəti işlər vəkili Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin sa...

Hərbi helikopterlər havada toqquşub: Ekipaj üzvləri həlak oldu

Malayziyada iki hərbi helikopter Lumut bazasında təlim uçuşları zamanı qəzaya uğrayıb. Ekipaj üzvlərindən heç biri sağ qalmayıb.   Sfera.az xəbər ver...

Şoyqunun müavini rüşvətə görə saxlanıldı - FOTO

Rusiya müdafiə nazirinin müavini Timur İvanov rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya İstintaq ...

Avtosalon işçisi 3 milyon avroluq “Ferrari”ni qəzaya uğratdı - FOTO

1990-cı ildə istehsal olunmuş “Ferrari F40” Almaniyada qəzaya uğrayıb. Avtomobilə ciddi ziyan dəyib.    Sfera.az bildirir ki, qəzaya...

Üçüncü Dünya Müharibəsi artıq başlayıb - Ukrayna rəsmisindən AÇIQLAMA

Ukrayna Prezidenti Volodimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak hesab edir ki, Üçüncü Dünya Müharibəsi artıq başlayıb.   Sfera.az x...