“Rəsmi Bakı həmsədrlərə ikinci şans verdi: Bu görüşdə iştirak etməsəydilər...” - ŞƏRH

“Rəsmi Bakı həmsədrlərə ikinci şans verdi: Bu görüşdə iştirak etməsəydilər...” - ŞƏRH
"Həmsədrlər axır ki, arzularına çatdılar. Ermənistan və Azərbaycan xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovla ayrı-ayrı, eləcə də birgə görüşlər keçirən həmsədrlər 2020-ci ilin noyabrından bu yana xarici işlər nazirlərinin baş tutan ilk görüşünü iki ölkənin sülh prosesini birbaşa dialoq vasitəsilə yeniləmək qərarına işarə hesab edib”.
 
Bu sözləri Sfera.az-a açıqlamasında politoloq Qabil Hüseynli ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəhs edilən görüş haqqında bəyanatını şərh edərkən deyib.

Onun sözlərinə görə, rəsmi Bakı həmsədrlərə ikinci şans verib:

"Artıq bir müddətdir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri danışıqlar prosesinə qayıtmaq üçün əlləri çatan hər yerə müraciət edirdilər. Rəsmi Bakı 27 ildir fəaliyyətsizliyi ilə seçilən həmsədrlərin prosesə qayıtmasını istəmirdi. Lakin görünür son diplomatik təmaslar rəsmi Bakını fikrindən döndərib. 

Məsələ ondadır ki, Ermənistan və Azərbaycan xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov arasında baş tutan görüşdə həmsədrlər iştirak etməyə bilərdi. İştirak etməsəydi də, dəyişən bir şey olmayacaqdı. Ancaq görünür rəsmi Bakı həmsədrlərə ikinci bir şans vermək qərarına gəlib. Təsadüfi deyil ki, həmsədrlər bəyanatda bundan sonra tərəflərlə yerdə qalan məsələlərin həlli üçün birgə fəaliyyəti davam etdirəcəklərini qeyd ediblər. Yəni bu bəyanatdan çıxan məntiqi nəticə odur ki, rəsmi Bakı həmsədrlərə ikinci dəfə şans verərkən onlardan işğal dövründə edə bilmədiklərini etmələrini istəyir. 
Real yanaşmaq lazımdır, hazırda həllini gözləyən bir sıra məsələlər var. Həmsədrlərin bu məsələlərin həllində tərəflər arasında vasitəçi olması gözlənilir".
 
Turan Rzayev
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...