“Rəşadın ayağı bir neçə gün əvvəl, bədəni isə bu gün tapılıb”

“Rəşadın ayağı bir neçə gün əvvəl, bədəni isə bu gün tapılıb”
"Rəşadın nəşi təyyarənin düşdüyü yerdən tapılıb”. Bu sözləri News24.az-a açıqlamasında mərhumun qayınatası Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, cəsəd bütöv deyilmiş: "Hazırda nəşin tapıldığı yerdən qayıdıram. Nəşin tanınması üçün məni çağırmışdılar. Cəsəd bütöv deyil. Çanaq və bədənin müəyyən hissələri tapılıb”.

Q.Hüseynlinin dediyinə görə, pilotun nəşinin bir ayağı 3 gün öncə tapılıbmış. Amma bu haqda ailəsinə məlumat verilməyib: "Ayağının birini tapıblarmış. Amma bizə bu haqda heç nə deməmişdilər. İndi də bədənin kresloda olan hissəsi aşkarlanıb”.

Mərhum pilotun qayınatasının dediyinə görə, sabah saat 9-da onunla vida mərasimi olacaq: "Bu gün Təzə Pir Məscidində nəş yuyulacaq. Sabah səhər saat 9-da Dadaş Bünyadzadə küçəsində yaşadığı evdə onunla vida mərasimi keçiriləcək. Daha sonra Müdafiə Nazirliyinin Hərbi Tədris Mərkəzində rəsmi vidalaşma mərasimi olacaq. Və əsgəri qaydada II Fəxri Xiyabanda dəfn olunacaq”.
Qabil Hüseynlinin dediyinə görə, təyyarə düşdüyü yerə bərk çaxıldığı üçün cəsəd hissələrə ayrılıb: "Mütəxəssislər deyir ki, "MİQ 29” yerə enərkən burnu üstə zərblə çırpılıb. Sıxılma prosesi gedib və cəsəd əzilib. Pilot kabinəsi də bu səbəbdən yerini dəyişib. Cəsədin ancaq bədən hissəsi bütöv qalıb”.

Xatırladaq ki, polkovnik-pilot Rəşad Ataakişiyevin nəşi bu gün tapılıb.

Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.


OXŞAR XƏBƏRLƏR

Xankəndidə doğulan körpəyə Prezidentin adı verildi

Xankəndidə doğulan ilk körpəyə Ali Baş Komandanın adı verilib.   Sfera.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında yeni doğulan körpənin atası...

Bakı-Quba yolunda ağır qəza: Yük avtomobili aşdı - VİDEO

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.   Belə ki...

SOCAR prezidenti Britaniya rəsmiləri ilə görüşdü

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Ould və Birləşmiş Kırallığın İxrac Maliyyəsi Depa...

Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Şəki şəhəri “Cəfərabad” QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi,...

Xankəndidə tapdığı silahları polisə verməyən şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub.   DİN-in Mətbuat ...

"Laçın" məntəqəsinin qurulmasının ildönümü qeyd edildi

Aprel ayının 23-də "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, bununla da Azərbaycan Respublikası dövlət sərhədlərinin tam bərpası ta...