“Rəqqas milyonçu”nun mülklərinə həbs qoyulub

“Rəqqas milyonçu”nun mülklərinə həbs qoyulub

İtaliyanın məhkəmə orqanları "Rəqqas milyonçu” adı ilə sosial şəbəkələrdə məşhur olan italyan Cianluka Vakkinin mülklərinə həbs qoyub.

Bu barədə İtalya mətbuatı informasiya yayıb.

Məhkəmənin bu qərarına səbəb kimi Vakkinin yerli bankların birindən götürdüyü 10.5 milyon avro həcmində krediti qaytarmaması göstərilib. İtalyalı məşhurun villa, yaxta və müxtəlif səhmlərinə həbs qoyulub.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR