Rəqabət Məcəlləsinin qəbulu niyə müşkülə çevrilib? - PROBLEM

Rəqabət Məcəlləsinin qəbulu niyə müşkülə çevrilib? - PROBLEM

Azərbaycanda iqtisadi sahəsində münasibətləri tənzimləyən və qəbulu uzanan mühüm qanunvericilik sənədlərindən biri də Rəqabət Məcəlləsidir. Azad rəqabət mühitini inkişaf etdirmək istəyən, inhisarçılığı, kölgə iqtisadiyyatını zəiflətmək istəyən ölkədə belə bir normativ aktın olması vacibdir.


Təəssüflər olsun ki, qanun layihəsinin hazırlanmasına baxmayaraq Rəqabət Məcəlləsinin qəbulu müşkülə çevrilib. Rəqəbət Məcəlləsi müzakirəsi və qəbulu uzanan qanun layihələrindən biridir. İlk dəfə 2006-cı ildə Milli Məclis Rəqabət Məcəlləsinin layihəsini müzakirə edib. Həmin ildə layihə birinci oxunuşdan keçib. 2007-ci ildə layihədə bir sıra dəyişikliklər edilərək ikinci oxunuşdan da keçib. Lakin bu qanun layihəsi iki oxunuşdan keçsə də, 3-cü oxunuşa çıxarılmayıb. Məlum olmayan səbəblər ucbatından Rəqabət Məcəlləsinin qəbulu mümkün olmur.

 

Sfera.az xatırladır ki, 2018-ci ilin ikinci yarısından iqtisadi idarəetməyə münasibətdə ciddi dəyişikliklər müşahidə edilir, dövlətin iqtisadi proseslərə müdaxiləsi, yoxlamalar azalır. Yeni əhval-ruhiyyə uyğun olaraq azad rəqabətin inkişafına ümidlər artıb. Belə vəziyyətdə mühüm iqtisadi sənədlərdən biri kimi Rəqabət Məcəlləsinin qəbulu vacibdir.

 

Uzun müddət müzakirəsi dayandırılan Rəqabət Məcəlləsinin layihəsi 2019-cu ildə yenidən hazırlanıb və Milli Məclisə təqdim edilib. Bu barədə Azərbaycanın 2020-ci il dövlət büdcəsinin zərfində də qeyd edilib. 2020-ci ildə bir neçə iclasın keçirilməsinə baxmayaraq məcəllənin qəbulu yenə də uzanır.

 

Halbuki, Rəqabət Məcəlləsinin qəbul edilməsi Azərbaycan üçün önəmli addımlardan biri olacaq. Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olmaq istəyir. Bu məqsədlə həmin təşkilatla 1997-ci ildən danışıqlar aparılır və indiyə qədər təşkilata üzvlük prosesi davam etməkdədir. Həmin təşkilata qəbul olunmaq üçün əsas şərtlərdən biri də Azərbaycanda mövcud olan iqtisadiyyatı və ticarəti tənzimləyən bir sıra qanunverici aktlarının təşkilatın prinsiplərinə uyğunlaşdırılmasıdır. Qanunvericilik aktlarından biri də Rəqabət Məcəlləsidir. Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması baxımından Rəqabət Məcəlləsinin qəbul olunması mühüm əhəmiyyət kəsb edir.


Bütün hallarda bu məcəllənin qəbulu ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək. Rəqabət Məcəlləsi bazardakı rəqabət münasibətlərini müəyyənləşdirəcək və birmənalı şəkildə bazarda qiyməti qorumaq üçün yeni mexanizmlərin tətbiq edilməsinə imkan yaradacaq. Süni qiymət artımlarına səbəb olan şərait aradan qalxacaq. Bu baxımdan məcəllənin qəbul edilməsi önəmlidir. Bazarda inhisarçılığa qarşı mübarizənin gücləndirilməsi üçün hüquqi baza formalaşdıraraq, istehlak bazarında rəqabətin qorunması əhəmiyyətli rol oynayacaq. Bütövlükdə məcəllənin qəbulunun birmənalı şəkildə istehlak bazarına müsbət təsir edəcəyi aşkardır.

 

Lakin bu o demək deyil ki, Rəqabət Məcəlləsi qəbul edildikdən sonra, qısa müddət ərzində ölkədə inhisarçılıq aradan qaldırılacaq və ya bazarda süni qiymət artımlarının qarşısı tam alınacaq. Əlbəttə ki, məcəllənin müsbət təsirlərini müəyyən zaman kəsiyindən sonra müşahidə edə biləcəyik. Amma istənilən halda inhisarçılığa meylli olan qüvvələrin fəaliyyətinin rəqabətli şəraitə uyğunlaşdırılması istiqamətdə bir addım olacaq. Çünki Rəqabət Məcəlləsi özündə bazar iqtisadiyyatı şəraitinə uyğun mövcud qanunvericilik çərçivəsində rəqabəti təşkil edir. Bu prinsiplərə uyğun gəlməyən hər hansı bir təşkilat mövcud məcəllənin müvafiq bəndlərini pozmuş olur ki, o da son nəticədə müxtəlif şəkildə bazar iqtisadiyyatı şəraitinə müvafiq olaraq, müəyyən cəza sanksiyaları ilə üzləşəcək.

 

Bazar iqtisadiyyatı şəraitində yaşayan bütün ölkələrdə adələtli rəqabət mühitinin yaradılması uğrunda dövlətlər daim mübarizə aparıb. Bu mübarizənin bir əlaməti olaraq antiinhisar fəaliyyətinə qarşı müxtəlif tədbirlər görülüb, o cümlədən qanunvericilik aktları buna uyğunlaşdırılıb. Azərbaycanda hələ 1993-cü ilin martında "Antiinhisar fəaliyyəti haqqında”, 1995-ci ildə "Haqsız rəqabət haqqında”, 1998-ci ildə isə "Təbii inhisarlar haqqında” Qanun qəbul olunub. Təcrübə göstərir ki, rəqabət mühitinin sağlamlaşdırılması məqsədilə qəbul edilən qanunvericilik aktlarının mükəmməl olması həm iqtisadiyyat, həm də cəmiyyət üçün əhəmiyyət kəsb edir. Qanunlar təkmil olduqda ölkənin iqtisadi rəqabət qabiliyyəti yüksəlir.

 

Azərbaycan Rəqabət Məcəlləsini daha dolğun şəkildə hazırlaya bilər. MDB ölkələrinin bir çoxunda bununla bağlı qanunlar qəbul edilib. Azərbaycan həmin ölkələrdə qəbul olunan qanunlarla müqayisədə daha sanballı bir sənəd qəbul etmək imkanındadır.

 

 

 

Vasif

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.   Sfera.az-ın xəbərinə görə, Milli M...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...