Renat Dadaşov \"Vulverhempton\"da debüt elədi
15:20 / 13.01.2020
2316
Portuqaliyanın "Pasuş de Ferreyra" klubuna lazım olmayan Renat Dadaşov müqavilə ilə məxsus olduğu "Vulverhempton"a qayıdıb.
Sfera.az xəbər verir ki, Azərbaycan millisinin üzvü "canavarlar"ın U-23 komandasına qoşulub. O, "Bləkbörn"lə qarşılaşmada meydanda olub. Matç "Vulverhempton"un 1:0 hesablı qələbəsi ilə başa çatıb.
"Vulverhempton" Renat Dadaşovu başqa kluba icarəyə vermək üçün uyğun variantlara baxır.