Hadİsə

Relsin üzərində yatdı, qatar üstündən keçdi... - Azərbaycandakı DƏHŞƏTİN TƏFƏRRÜATI

Relsin üzərində yatdı, qatar üstündən keçdi... - Azərbaycandakı DƏHŞƏTİN TƏFƏRRÜATI
Dünən Tovuz rayonunda qatarın altında qalaraq ölən şəxslə bağlı bəzi məlumatlar dəqiqləşib.
 
Dünən səhərin açılması ilə sakinlər rayonun Dondar Quşçu kəndi ərazisindəki qorunan keçiddə naməlum kişi meyiti aşkarlayıb. Məlum olub ki, əl və ayaqlarından ağır xəsarətlər alan orta yaşlı kişi rayonun Aşağı Quşçu kənd sakini, 1981-ci il təvəllüdlü Nemət Həsənovdur.

İlkin araşdırmalar zamanı bəlli olub ki, N.Həsənov noyabrın 5-nə keçən gecə kənd ərazisindəki kafedə yeyib içib və sərxoş vəziyyətdə dəmir yolu xəttinin kənarında yıxılıb qalıb. O, yıxıldığı yerdə yuxuya gedib və əl-ayaqları dəmiryolu relsinin üstündə qalıb. Gecə saatlarında buradan keçən Qatar onun ayaqlarını tamamilə əzərək ölümcül xəsarət yetirib. N.Həsənov bir neçə metr sürünərək səkinin üstünə çıxıb və kəskin qanitirmədən hadisə yerindəcə keçinib.

Bildirilir ki, vəfat edən 37 yaşlı kişi ailəli olsa da, sonradan boşanıb. Bir müddət əvvəl isə həbsxanaya düşən N.Həsənov sonradan azadlığa çıxıb. O, günəmuzd işlərdə çalışıb.

Faktla bağlı araşdırmalar davam etdirilir./publika.az
 
AdRiver

XƏBƏR LENTİ