Rektor məzunlara qırmızı diplom verməməyi təklif etdi

Rektor məzunlara qırmızı diplom verməməyi təklif etdi
İqtisad universitetinin rektoru Ədalət Muradov tələbələrə hələ də qırmızı diplom verilməsini tənqid edib.
 
Sfera.az bildirir ki, rektor bu barədə sosial şəbəkə hesabında fikirlərini bölüşüb. O xatırladıb ki, Sovet dönəmində müəyyən tələblərə cavab verən məzunlara "qırmızı” diplom verilirdi:

"Qırmızı rəngin də xüsusi mənası vardı. Eləcə də, "qırmızı” diplom digərləri ilə müqayisədə onun sahiblərinin daha üstün olduqlarını göstərirdi. Bu gün "qırmızı” diplom əmək bazarında heç bir üstünlük təmin etmir. Vərdiş və bacarıqlar əvəzinə qiymətlər uğrunda  tələbələrdə yanlış motivasiya yaradır. Amma buna baxmayaraq hələ də "qırmızı” diplom verilir”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR