Rekord yeniləndi: Sentyabrın havası...

Rekord yeniləndi: Sentyabrın havası...

Azərbaycanda 2003-cü ildən sonra ilk dəfə olaraq, bu ilin sentyabr ayında uzun müddətli isti hava şəraiti müşahidə edilir.

Sfera.az xəbər verir ki, bunu Trend-ə özəl olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

A.Verdiyev bildirib ki, hazırda Bakı və Abşeron yarımadasında havanın temperaturu 30-35, Aran rayonlarında 31-36, dağlıq ərazilərdə 21-26 dərəcədir. Belə hava şəraitinin yaxın 2-3 gün ərzində də müşahidə ediləcəyi proqnozlaşdırılır.

Baş hidroloq əlavə edib ki, 2002, 2003, 2007, 2010 və 2012-ci illərdə, eləcə də ötən il sentyabrın hazırkı dövründə Bakıda belə temperatur və rütubətli hava şəraiti qeydə alınıb. Lakin ötən illərin sentyabr aylarında belə isti hava şəraiti müşahidə edilsə də, istilər bu ilki qədər uzun müddətli olmayıb.

A.Verdiyev qeyd edib ki, sonuncu dəfə Bakıda 2003-cü ilin sentyabr ayının ilk ongünlüyündə uzun müddətli isti hava şəraiti müşahidə edilib. Həmin müddətdə Bakıda havanın maksimal temperaturu 38 dərəcə isti olub:

"Bu il isə sentyabrda daha uzun müddətli istilər müşahidə edilir. Yalnız sentyabrın 7-8-də qeyri-sabit hava şəraiti müşahidə edilib. Həmin günlər istisna olmaqla, qalan günlərdə hava isti keçib. Bundan əlavə, havada rütubətin miqdarının da 2003-cü ilə nisbətən normadan daha artıq olması istilik effektini həmin illə müqayisədə artırıb”.

A.Verdiyev əlavə edib ki, ümumilikdə Bakıda 1990-cı ildən sonrakı dövr ərzində ən isti sentyabr ayı 2015-ci ildə qeydə alınıb. Həmin il sentyabr ayında Bakıda havanın havanın orta aylıq temperaturu (havanın maksimal temperaturu 37 dərəcə olub) normadan yüksək olub. Bundan əvvəl isə 2002-ci ildə isti sentyabr ayı qeydə alınıb. Həmin ildə də sentyabr ayının orta aylıq temperaturu normadan bir qədər yüksək olub.

A.Verdiyevin sözlərinə görə, hazırda Bakıda və Abşeron yarımadasında müşahidə edilən havanın temperaturu çoxillik iqlim normasından 2-3 dərəcə yüksəkdir.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...

Ceyms Bond filmindən ilhamlanaraq dizayn edilib: Dünyanın ilk üzən oteli

Fransız dizayneri tərəfindən hazırlanmış və “Anthenea” adlanan bu otelin dəniz mənzərəsi yoxdur. Otel dənizin özündədir.    Sfera.az...

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub.   Sfera.az məlumatına görə, Könül Həsənova Nizami Rayon İcra Hakimiyyə...

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırdı

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudla...