Sağlıq

Ürək çatışmazlığının qarşısını alan dərman yaradıldı

Ürək çatışmazlığının qarşısını alan dərman yaradıldı
Braziliya və ABŞ-dan olan alim qrupu ürək çatışmazlığının inkişafının qarşısını alan və orqanın qan ötürmə qabiliyyətini yaxşılaşdıran "SAMβA” molekulu yaradıb. Sınaq siçovullarının altı həftə ərzində yeni preparatla müalicəsi öz bəhrəsini verib. Dərman təkcə xəstəliyi müalicə etməyib, eyni zamanda, ürək əzələlərinin gücləndirilməsi hesabına orqanizmi daha gümrah edib.

Sfera.az xəbər verir ki, Bu barədə elmi məqalə "MedicalXpress” nəşrində dərc olunub.

"SAMβA” β2PKC molekulu ilə С-beta-2 proteinkinaz və mitofuzin 1 (Mfn1) arasında qarşılıqlı əlaqəni zəiflədir. Belə ki β2PKC molekulu "Mfn1”i inhibasiya edərək, mitoxondrların enerji hasil etməsinə əngəl yaradır və beləcə, ürəyin funksiyalarını zəiflədir.

Məlum olduğu kimi, artıq C-beta-2 proteinkinazlar ürək çatışmazlığına səbəb olur. Onun dezaktivasiyası isə əksinə, pasiyentin səhhətinə müsbət təsir göstərir. Lakin β2PKC çatışmazlığı digər effektlərə səbəb ola bilər.

Yeni molekul selektiv təsirə malikdir. Asan dillə desək, mitoxondrların disfunksiyasının qarşısını alır. (modern.az)

XƏBƏR LENTİ

«    Mart 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031