Rəis: Xanlarovanın gəlinini tanımıram - Demişilər ki, xidməti avtomobilində “KamAZ”ın altına girib

Rəis: Xanlarovanın gəlinini tanımıram - Demişilər ki, xidməti avtomobilində “KamAZ”ın altına girib

“Yazmışdılar ki, o xidməti avtomobilində “KamAZ”ın altına girib”. 

 Bakıda Zeynəb Xanlarovanın gəlininin polis rəisi ilə münaqişəsi ilə bağlı xəbər vermişdik. 

 Sfera.az Criminal.az-a istinadən xəbər verir ki, məlumatda deyilirdi ki, bölmə rəisi Anar Şıxəliyev içkili vəziyyətdə Z.Xanlarovanın gəlini ilə mübahisə edib və sonra onu polisə gətirib.Lakin Z.Xanlarovanın Ramil Usubova zəngindən sonra məsələ sakitliklə həll olunub.Münaqişənin əsas iştirakçısı kimi adı hallanan, Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin rəisi Anar Şıxəliyev bildirdi ki, onun heç kimlə münaqişəsi olmayıb:“Heç mən Zeynəb Xanlarovanın gəlinini tanımıram. Belə bir hadisə olmayıb, bölməyə heç kim gətirilməyib. Bilmirəm, belə məlumatları kim və haradan uydurur. Bir müddət əvvəl də yazmışdılar ki, Anar Şıxəliyev xidməti avtomobilində “KamAZ”ın altına girib”. 

 Qeyd edək ki, A.Şıxəliyev ötən il öz avtomobilində bıçaqlanmışdı. O, dostunun "Mercedes Gelandewagen" markalı avtomobili ilə Xutor qəsəbəsində “avtoş”luq edərkən yerli sakinlərin etirazı ilə qarşılaşıb və tərəflər arasında mübahisə yaranıb. Yüngül içkili olan Anar Şıxəliyev yerli sakinləri nalayiq söyüşlərlə təhqir etdiyinə görə çavanlardan biri ona bıçaq xəsarəti yetirib. 

 13:15

 Dünən gecə saat 23 radələrində “Monte Kristo” şadlıq evinin qarşısında xalq artisti, millət vəkili Zeynəb Xanlarovanın gəlini ilə Binəqədi rayon 5-ci polis bölməsinin rəisi arasında münaqişə yaranıb. Modern.az xəbər verir ki, hər iki şəxs avtomobil idarə edərkən şadlıq evinin önündə qarşı-qarşıya gəlib.Sürücülərdən heç biri digərinə yol vermək istəməyib. Qeyd edilir ki, 5-ci polis bölməsinin rəisi sükan arxasında içkili vəziyyətdə olub. O, xalq artistinin gəlininə qarşı kobud və nalayiq hərəkətlər edib. Münaqişə böyüdüyündən Zeynəb Xanlarovanın gəlinini polis bölməsinə aparıblar. Bundan xəbər tutan xalq artisi hadisəylə bağlı daxili işlər naziri Ramil Usubova zəng edib.Modern.az hadisənin təfərrüatını öyrənmək üçün Binəqədi rayonu 5-ci polis bölməsi ilə əlaqə saxlayıb. Bölmədən sayta belə faktın qeydə alınmadığını deyiblər.Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə də hadisə barədə məlumatsız olduğunu bildirib.


OXŞAR XƏBƏRLƏR

Cavanşir Məmmədovun cənazəsi evindən çıxarıldı - FOTO

Cavanşir Məmmədovun cənazəsi evindən çıxarılıb.   Sfera.az xəbər verir ki, mərhumun nəşi yuyulmaq üçün Göy məscidə aparılıb.   Əməkdar art...

Beynəlxalq Çin Dili Günüdür

Aprelin 20-si Beynəlxalq Çin Dili Günüdür.   Sfera.az xəbər verir ki, Beynəlxalq Çin Dili Günü BMT-nin İctimai İnformasiya Departamentinin təklifi əsas...

Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı TAPŞIRIQ VERDİ

Müdafiə naziri Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib.   Sfera.az-ın məlumatı...

Xankəndidə xeyli silah-sursat AŞKARLANDI

Xankəndidə xeyli silah-sursat aşkarlanıb.   Sfera.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə...

Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə GÖRÜŞDÜ - FOTO/VİDEO

Quru Qoşunlarının qərargahında Aprelin 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.   Bu barədə ...

Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ ETDİ

Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı hərbi məqsədlərlə istifadə edilməsi haqqında mən...