\"Rəfiqəmi ərimlə eyni yataqda tutub, ikisini də...\" - Gənc qadının ACINACAQLI TALEYİ

\

Bəzən həyatın dəyərini bilmək istəyənlər, bədbəxt bir qadının üzünə baxsa kifayətdir. Əksər qadınlar nə zülmlərdən, nə əzablardan keçirlər. Amma onun çəkdiyi əziyyətlərin əvəzi qayğısız və qarşılıqsız olur.  Əslində çox maraqlıdır. Bədbəxt qadınlar həyata necə baxır? Ümumiyyətlə onların arzuları varmı, yoxmu? Əksəriyyətimiz bu cür qadınların gözlərinə baxmağa çətinlik çəkir və ya vecsiz yanaşırıq…

Sığınacağa sığınmış əlacsız qadınların acı taleyi...

Şiddətə, təhqirə məruz qalan, belə bir bədbəxt taleli qadınların çoxu da "Təmiz Dünya” İctimai Birliyinə sığınanlardır. Bu yaxınlarda yenə də yolumuzu sığınacaqdan saldıq. Öncə otaqları gəzdik, bura sığınan qadınların yaşayış və gündəlik məşğuliyyətləri ilə tanış olduq. Buranın da öz qayda-qanunu var. Hər gün müəyyən edilmiş vaxtda yuxudan oyanır, onlar üçün ayrılmış işlərlə məşğul olurlar. Sığnacaq sakinlərindən biri - əslən Tərtər rayonundan olan 29 yaşlı Validə Babayevadır (ad şərtidir- red.).


Sfera.az Validənin həyat hekayəsini təqdim edir:

- Validə, nə qədər müddətdir burdasan?

- Artıq avqust ayından burdayam.

- Bilmək olar, sığınacağa niyə gəlmisən?

- (Gülümsəyir) Əlbəttə... Əvvəldən danışım da sizə. Demək, 11-ci sinfi bitirirdim, "Son zəng”im idi. Həyat yoldaşım da başqa kənddən bizim məktəbə bayram şənliyinə gəlmişdi. Məni görən kimi bəyənmişdi. Sonra onun qohumu bizdə qonşuluqda yaşayırdı. Onu bizə göndərmişdi. Əvvəl razı olmamışdım. Sonra elə alındı ki, razılıq verdim və bir müddət telefonda danışdıq. Bir-birimizi tanıyandan sonra Kərim (həyat yoldaşı- red.) anasını bizə elçi göndərdi. Düzü, bizimkilər əvvəl razı olmadı. Açığı desəm, anası normal qadın deyildi, xalası da kənddə gəzmədiyi kişi qalmamışdı. Mənim də atamın xasiyyəti tünddü deyə, razılıq vermirdi. Nəsə, bir neçə vaxt bunlar get-gəl etdikdən sonra bizimkilər bir təhər razılaşdı. Biz evləndik, 11 ildir ki, ailəli idik. Yoldaşımın xasiyyəti yaxşı idi, qayınatam tez rəhmətə getmişdi. Onu qayınanam böyütmüşdü. Arvad əvvəl gündən məni almağa razı deyildi. Təsəvvür edin ki, mən onun yanında ərimə söz deyə bilmirdim. Elə bil arvad qısqanırdı, gözü götürmürdü. Biz bir az mehriban olan kimi arvad araya söz qatırdı aləm bir-birinə dəyirdi. Uzun sözün qısası, hər şeyə rəğmən altı uşaq dünyaya gətirdim.


Gözləri dolur, udğuna bilmir. Bir anlıq susur və üzünü pəncərəyə tərəf çevirir. Bir neçə dəqiqədən sonra fikrini yayındırmaq üçün növbəti suala keçid edirəm...

- Niyə susdun? Sonra nə baş verdi?

- Pis-yaxşı ömrümün 10 ilini birtəhər yola verdim. 11-ci ilə keçəndə ailəmizdə problemlər başladı. Problem də bu oldu ki, mənim uşaqlarım ard-arda dünyaya gəlib. Mən hamiləliyimi keçirəndə 6 ayıma qədər bilmirdim. Sonralar qarnım böyüdükdən sonra bilirdim ki, hamiləyəm. İki oğlum, 4 qızım var. Amma qızımın biri özümdə deyil (doluxsunur).

- Necə özündə deyil?

Dodaqları titrəyir, dili söz tutmur danışmağa. Bəlkə də sualımın qarşısında acizdir və ya utanır. Nə bilmək olar...


- Sualımı cavablandırmadın...

Sakitləşim, cavablandıracam.

- Hazırda iki oğlum atasının yanında, amma üç qızım yanımdadı. Üç il bundan öncə yanımda olmayan qızıma hamilə oldum. 6 ayıma qədər bilmədim hamiləlik keçirdiyimi. Bu hal da yalnız qız uşağına hamilə qalarkən baş verir məndə. Altı aydan sonra bildim, getdim həkimə. Həkim də dedi ki, "əgər götüzdürmək istəyirsənsə, artıq gecdir. Uşaq böyükdür, nəsə etmək qeyri-mümkündür”. Çıxdıq evə gəldik. Qayınanam isə eləmə tənbəllik. Sən demə, 20 ilə yaxın imiş ki, bizim qonşu kənddə çox imkanlı bir ailənin övladı olmurmuş. Onları tapıb, danışar ki, "bəs, gəlinim hamilədi, qızı olacaq. Özü də istəmir. Əgər istəsəniz, uşağı pul, ziynət əşyası və ev müqabilində verə bilərik”. Onlar da qayınanamın sözü ilə razılaşır. Qadın 3 ay azad olmağımı gözləyir, heç hara çıxıb eləmir. Qayınanasıgil də hamıya yayır ki, "gəlin hamilədi. Həkim nəzarəti altındadı. Heç hara çıxmaq olmaz”. Bütün bu baş verənlərdən bircə mən xəbərsiz oluram. Artıq doğuş vaxtım çatır, bunlar məni həkimə aparırlar. Halbuki, mən övladlarımın hamısını evdə dünyaya gətirmişəm, heç bir həkimə də getməmişəm. Yəni, doğuşlarımın hamısı evdə baş tutub. Qəribəsi də odur ki, bu uşaqda bunlar ağrılarım tutan kimi məni həkimə apardılar. Əslində özüm də təəccünlənmişdim və şübhələnirdim ki, nəsə baş verir. Nə başınızı ağrıdım, uşağı xəstəxanada dünyaya gətirdim. Bir neçə saatdan sonra bunlar məni evə gətirdilər. Soruşdum, "uşaq hanı?”. Dedilər, "uşağın vəziyyəti yaxşı deyil, həkim nəzarətində qalmalıdır”. Bir gün, iki gün, üçüncü günü artıq dilləndim ki, "nə məsələdir də. Uşağı niyə gizlədirsiniz? Axı mən uşağı sağ dünyaya gətirmişəm”. Ərim məni çəkdi başqa otağa və bütün olanları danışdı. İnanın bir anlıq şoka düşdüm. Nə etdiyimi dərk etmədim. Bir neçə gün özümdə olmadım. Özümə gələndən sonra uşağımı istədim, xahiş etdim ki, heç olmasa üzünü görüm. Qaynanam həmişəki kimi aranı yenə qatdı, ərim məni döydü (ağlayır).

- Susma, danış. Necə döydü?

Məni gah tövlədə, gah da zirzəmiyə salıb döydü ki, qonşular səsimi eşitməsin. Sonra da barmaqlarımı qırdı. Taxta ilə başıma o qədər vurdu ki, 15 gün öz övladlarımı tanıya bilmədim. Artıq vəziyyət o yerə gəlib çıxdı ki, mən evdən çıxdım. Atamgilə getdim. Anam da dəfələrə məndən yeni doğulan körpəmi soruşdu. Söz tapmırdm deməyə. Çünki qayınanam artıq uşağın alış-verişini eləmişdi. Ancaq anam şübhələnmişdi, mənə demişdi ki, "sən deməsən də, mən o uşağın yerini tapacam”. Ərim də demişdi ki, "əgər kiməsə nəsə desən boşanma ərizəni yaz və bir də bu evə qayıtma”. Anam da hər gün sorğu-sual edirdi deyə məcbur qalıb yenə öz evimə qayıtdım. Ancaq nə ərimi, nə də qayınanamı danışdırmadım.

- Uşağın yerini öyrənə bildin?

 (Hikkə ilə) Yox! Uşağın dərdi birtərəfdən. Ərim də məndən küskün düşdü. Getdi rəfiqəmlə sevgili oldu. Təsəvvür edin ki, o qədər həddini aşmışdı ki, bir dəfə gecənin bir yarısı içkili halda rəfiqəmi evə gətirmişdi. Mən uşaqlarla yatırdım deyə xəbərim olmamışdı. Səhər yuxudan oyananda otağa girdim, ikisini də bir otaqda görüb dəli oldum. Ürəyim getdi, halım pisləşdi. İkisini də söyüb, üzlərinə tüpürüb uşaqları götürüb çıxdım ordan.


-  Hara getdin?

- Yenə atamgilə qayıtdım. Olanların hamısını da açıb danışdım. Qızımla bağlı telekanalların birinə müraciət etdim, polisə şikayət etdim, boşanma ərizəsi yazdım, amma heç bir xeyri olmadı. Veriliş vasitəsilə uşağın üzünü gördüm, ancaq geri ala bilmədim övladımı (kövrəlir). İndi də oğlanlarım atasının yanında üç qızım mənim yanımdadı. Oğlanlarımı qayınanam elə öyrədib ki, uşaqlar məndən üz döndəriblər.

- Əriniz rəfiqəndən ayrıldı?

Yox, nə ayrılmaq?! Ərim onu kəbinlə aldı, hətta bir övladı da var ondan. Qayınanam mənə elədiyi zülmü ona edə bilmir. İndi hambal kimi onun qabağında işləyir. Hətta eşitdiyimə görə ər-arvad basıb çırpırlar da onu.

- Bəs, sığınacaq haqqında məlumatı necə əldə etdin?

Həmin veriliş vasitəsilə bura gəldim. Hələ ki, burdayam.

- Fikrin nədir?

- Fikrim uşağımı geri almaqdır, başqa heç nə.


- Valideynlərin bu məsələdə sənə dəstək olur?

Əlbəttə, ən çox da anam.


Validə danışdıqca daha da aqresssivləşirdi deyə söhbəti yekunlaşdırıb, oradan uzaqlaşdım. Ancaq "onun gələcək taleyi necə olacaq?” sualı hələ də mənə maraqlı idi...

Gülnarə Eynullaqızı

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...

Yeni "iPhone" modellərinin yaddaşı artırılacaq

"Apple" şirkəti 128 giqabayt yaddaşa malik smartfonların Pro modellərinin istehsalını dayandıracaq. Sfera.az xəbər verir ki, bu barədə "Leak...

Fransada Mərakeş Kralının keçmiş qalası yarım milyard avroya satışa çıxarıldı

Parisin kənarında yerləşən “Arminvilliers” mülkü dünyanın ən bahalı mülkü ola bilər. Qala 425 milyon avroya satışa çıxarılıb.     Sf...