Referendumla bağlı 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılacaq

Referendumla bağlı 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılacaq

 

 

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

 

Sfera.az xəbər verir ki, iclasda əvvəlcə MSK-nın 10 sentyabr 2016-cı il tarixində keçirilmiş iclasının protokolu təsdiq edilib.

Daha sonra 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) səsvermə günü seçki məntəqələrində proseslərin əvvəldən axıradək fasiləsiz izlənilməsi məqsədilə, işğal edilmiş ərazilər istisna olmaqla, respublika ərazisinin tam əhatə olunması prinsipi əsas götürülərək, 119 seçki dairəsi üzrə 1000 (min) seçki məntəqəsində veb-kameraların quraşdırılmasına qərar verilib.

 

MSK sədri Məzahir Pənahovun rəhbərliyi ilə keçirilən iclasda cari məsələlərə də baxılıb.



OXŞAR XƏBƏRLƏR