“Recep İvedik” arıqlayıb tanınmaz hala düşdü - Fotolar

Kateqoriya məlum deyil
T
Recep İvedik obrazı ilə məşhurlaşan Şahan Gökbakar xeyli çəki atıb.
Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, bir ildə 35 kilo arıqlayıb.
O, arıqlamağının yollarını isə belə izah edib: "Əzm, qərarlılıq, səbir və həyat yoldaşımın dəstəyi ilə oldu. Hələ biraz da arıqlamaq istəyirəm”.
Qeyd edək ki, 39 yaşlı aktyor 100 kiloya yaxınlaşdığını gördükdən sonra ciddi dietaya başlamışdı. (yeni sabah)






