Rebrendinq – bu dana, o danadan deyil, cənablar!

Rebrendinq – bu dana, o danadan deyil, cənablar!
 

Kainatda hər şey forma və mahiyyətdən ibarətdir. Ancaq ayrı ayrılıqda yox, birlikdə forma və mahiyyətdən ibarətdir. Brendləşmə artıq şərti qədim İtaliyada Lusianonun öz danasına vurduğu damğadan çoxdan uzaqlaşmış və dərin mahiyyət qazanmışdır. Başqa sözlə desək brendləşməyə yalnız forma etibarilə yanaşmaq və mahiyyət etibari ilə yanaşmamaq, Lusianonun danasını başqa danalardan fərqləndirmək üçün etdiyi addımdan heç nə ilə fərqlənməmək deməkdir.

Brendləmək, qaynar dəmir ilə işarələmək başqa sözlə desək damğalamaq deməkdir. Həmin dövrlərdə məqsəd sadəcə mülkiyyətin identifikasiyası və qorunması idi. Fərqləndirmədən kənar hər hansı zərurət görünmürdü. Forma nə olursa olsun, mahiyyət yəni səbəb bundan başqası deyildi. Damğanın dəyişməsi danalar üçün nəyi dəyişdirirdi? Elə bütün mahiyyət burda gizlənir.

Şirkətlər niyə rebrendinq edirlər?

Ən geniş yayılmış tərif brendə məxsus verbal və vizual atributların dəyişməsidir. Ancaq çağdaş zamanda rebrendinq şirkətin mənəvi tərəfində istiqamətin dəyişməsi deməkdir. Buna ən yaxşı illustrasiya, itaət etdiyiniz dinin simvollarını dəyişməklə dininizi dəyişmək arasındakı fərq ola bilər. Simvollar Sizi yeni dinin təmsilçisi olaraq göstərsə də davranışlarınız və həyat tərzinizdəki sabitlik Sizi qeyri-səmimi göstərəcək. Mahiyyət 4 fərqli istiqamətdə öz əksini tapmalı və vahid mənbəədə cəmlənməlidir.  Mənanın idarəedilməsi brendin idarəçiləri üçün, brendin əməkdaşlar üçün, brendin istehlakçılar və ən nəhayət rendin cəmiyyət üçün mahiyyətindən ibarət olmalıdır.

Mənanın idarə edilməsi konsepsiyasından baxsaq mahiyyət dəyişikliyi və ya rebrendinqə zərurət bir sıra səbəblərdən yarana bilər. Şirkətin reputasiyasının zədəlınməsi ən geniş rast gəlinən səbələrdəndir, biznesin miqyasında dəyişiklik, daha geniş bazarlara çıxmaq və ya şirkətlərin birləşməsi, müxtəlif innovasiyların tətbiqi, vizual elementlərin təbii yozlaşması və s. Bu siyahının sonsuz sayda uzadılması mümkündür.

İlkin mərhələdə 3 suala cavab verilməsi lazımdır:

Mahiyyətimiz nədir? Mahiyyətimiz necə qəbul olunur? Mahiyyətimiz nə olmalıdır?

Dəyişikliyə getməmişdən öncə brend var olma səbəbini, bu səbəblər üzərindən spekulyasiyaların analizini aparılmalı və əslinə var olma səbəbindən fərqli olan inkişaf gərginliyini müəyyən etməlidir. Bütün yuxarıda sadalananlar rebrendinqin sadəcə fərqlənmə nişanın dəyişdirilməsi deyil bütövlükdə xasiyyət və fəlsəfənin dəyişdirilməsi istiqamtində atılan addımlar içərisində ən gözə çarpan və ən asan həyata keçirilən olmasından xəbər verir.

 

Başqa sözlə desək, formada edilən dəyişikliklər mahiyyətin yaratdığı inkişaf gərginliyinin nəticəsi olmadıqda havaya sovrulan büdcələrdən başqa heç nə ifadə etmir.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə etdi - YENİLƏNİB

Azərbaycan Beynəlxalq Enerji Agentliyi (IEA) ilə COP29-un gündəliyindəki prioritetləri, o cümlədən yeni qlobal kollektiv maliyyə kəmiyyətlərinin qəbulu və Milli...

"Barselona"nın futbolçusu PSJ ilə oyundan sonra TƏHDİD OLUNDU

"Barselona" klubunun futbolçusu Joau Kanselu İspaniyada PSJ-yə 1:4 hesabı ilə uduzduqları Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunundan ...

Yeni kurikulumlar tədris prosesində nələri dəyişəcək? - ARTİ-nin şöbə müdiri ilə MÜSAHİBƏ

“Kurikulum sənədi müəllimlərin həvəslə istifadə edəcəkləri, faydalanacaqları resursa çevriləcək”   Sfera.az xəbər verir ki, bunu&nbs...

Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin yaz sessiyası üzrə 23 apreldə keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, toplantının gündəli...

Azərbaycan BMT ilə COP29 çərçivəsində əməkdaşlığı MÜZAKİRƏ ETDİ - YENİLƏNDİ

Azərbaycanda “yaşıl enerji” sahəsinə investiyaların cəlbi, xüsusilə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi və bu istiqamətdə beynəlxalq əməkda...

Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”

“Azərbaycan inkişaf və quruculuq yolu ilə inamla irəliləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin rayon və bölgələrə etdiyi mütəmadi səfərlər görülən işlə...