\"Real\"da qalmaqal: Ramosla Marselo əlbəyaxa oldu
17:30 / 11.03.2019
3158
Uğursuz mövsüm keçirən "Real"da daxili ab-hava qaydasında deyil. Futbol11.az "Marca" nəşrinə istinadən xəbər verir ki, komandanın son məşqlərinin birində dava düşüb.
İkitərəfli oyundan sonra kapitan Serxio Ramosla Marselo dalaşıblar. Buna səbəb Marselonun komandasının qələbəni çılğın qeyd etməsi olub. Buna dözməyən Ramos qolunun gücünü işə salıb.
Digər oyunçular Marselo və Ramosu ayıra biliblər.matc