İdman

"Real" və ya "Barselona"da oynaya bilərdim" - sabiq "Neftçi"li

"Neftçi"nin sabiq futbolçusu Emil Mpenza maraqlı açıqlama ilə gündəmə gəlib. "Antverpen" klubunun gənclərdən ibarət komandasında məşqçilik edən 41 yaşlı mütəxəssis öz dövrü ilə indiki belçikalıları müqayisə edib.

Mpenzanın fikrincə, əksər həmyerlilərinin hazırda böyük klublarda çıxış etməsində onların da rolu olub: "Əgər belçikalı olmasaydım, "Real" və ya "Barselona"da oynaya bilərdim. Çünki bizdə belçikalı oyunçulara baxmırdılar. Hazırda belçikalılar ölkə xaricində istədikləri klubda çıxış edə bilirlər. Ancaq bizim vaxtımızda Belçika kiçik ölkə, futbolçularımız isə aşağı səviyyədə sayılırdı. Bu üzdən də bizim dövrün oyunçuları çox irəli gedə bilmirdilər. O vaxt böyük klublarda oynamaq ümidimiz yox idi. Amma xaricə çıxanlar, görünür ölkəni yaxşı təmsil ediblər ki, hazırda böyük klublarda belçikalılara güvənirlər".

Qeyd edək ki, Emil Mpenza 2010-2012-ci illərdə "Neftçi"nin formasını geyinib. O, buna qədər "Şalke", "Hamburq", "Mançester Siti" kimi tanınmış klubların şərəfini qoruyub.

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031