İdman

“Real” Neymar üçün yekun təklifini edib

“Real” Neymar üçün yekun təklifini edib
 

İspaniyanın "Real” klubunun braziliyalı futbolçu Neymar üçün vermək istədiyi məbləğ bəlli olub.

APA-nın məlumatına görə, Madrid təmsilçisi Fransanın PSJ klubuna 165 milyon avro və futbolçusu Hames Rodrigesi verməyə hazırdır.

Bu, "Kral klubu”nun cənubi amerikalı ilə bağlı son təklifi olacaq. Kolumbiyalı yarımmüdafiəçinin təxmini qiymətinin 50 milyonla dəyərləndirildiyini nəzərə alsaq, "Real” ümumilikdə 215 milyonundan keçəcək. Əgər fransalılar Madrid klubuna bu dəfə də imtina etsə, "Real” təklifini növbəti "transfer pəncərəsi”nə qədər yubadacaq. 

 

Qeyd edək ki, PSJ bunadək Qaret Beylin də daxil edildiyi təklifi rədd edib. Parisliləri hücumçu Vinisius və müdafiəçi Rafael Varanın da daxil olduğu təkliflər maraqlandırsa da, "Real” bu iki oyunçusunu əldən buraxmaq istəmir.

XƏBƏR LENTİ

«    Sentyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30