\"Real Madrid\"in prezidenti Luiş Fiqudan üzr istədi
12:12 / 21.07.2021
1214
İspaniyanın "Real Madrid" klubunun prezidenti Florentino Peres sabiq futbolçu Luiş Fiqudan qalmaqallı səs yazısına görə üzr istəyib.
"Report" xəbər verir ki, 49 yaşlı keçmiş yarımmüdafiəçi bu barədə "Mundo Deportivo"ya açıqlamasında məlumat verib.
Fiqu Pereslə danışmaq imkanı əldə etdiyini bildirib: "O, məndən üzr istədi və bu məsələ bağlandı".