\"Razılaşsaq, Qarabağ muxtar respublika ola bilər\"

\
 
"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə kompromis mövcuddur, region muxtar respublika ola bilər”. 

Sfera.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev Rusiyanın "Sputnik” beynəlxalq informasiya agentliyinə müsahibəsində deyib.

"Səmərəli güzəşt mövcuddur. Güzəştlər Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin, onların həyat fəaliyyətinin, özünü idarəetmənin təmin olunması, Azərbaycan tərəfindən müxtəlif investisiya layihələrinin həyata keçirilməsi, Dağlıq Qarabağ Muxtar Vilayəti kənarında torpaqların azad olunması şərti ilə iki xalq arasında qarşılıqlı əlaqələrin bərpasından ibarətdir. Bax, biz münaqişənin nizamlamasını belə görürük”, - deyə Azərbaycan prezidenti bildirib. 

İlham Əliyevin sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü məsələsində heç bir güzəşt olmayacaq: "Biz heç vaxt Dağlıq Qarabağın müstəqilliyi ilə razılaşmayacağıq. Əgər biz razılaşsaq, region muxtar respublika ola bilər. Ermənistan rəhbərliyi bunu yaxşı anlayır, sadəcə erməni ictimaiyyətinin fikri ilə manipulyasiya edir, düşmən obrazı yaradır, danışıqlar prosesinin mahiyyətini təhrif edir, bununla da Azərbaycanı sanki erməni əhalini məhv etmək, onu qovmaq istəməsi kimi təqdim edirlər. Bu, belə deyil”.


OXŞAR XƏBƏRLƏR

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.   B...

Xalasının bir sözünə görə evə gəlib anasını ÖLDÜRDÜ: "Qətldən sonra isə..." - DETALLAR

“Bəzən qətillərə səbəb heç də tamah və ya əxlaq problemlərindən qaynaqlanmır”.   Sfera.az bildirir ki, bunu "Təmiz Dünya" Qadı...

"Deyirlər ki, rus hərbçilərini ilk dəfə biz çıxarmışıq. Hara çıxarmısan?" - Millət vəkilindən müxalifətə

“Rusiya sülhməramlılarının dinc formada Azərbaycandan çıxarılması bütövlükdə Cənubi Qafqaz tarixində yeni mərhələ deməkdir”.   Sfera.az x...

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində İŞLƏYİR

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir.   Sfera.az xəbər verir ki, bu barədə Aİ-dən bildirilib.   S...

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirdi - FOTOLAR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Şamaxı rayonunda İcra Hakimiyyətinin dəstəyi ilə gənclər üçün zərərli vərdişlərin f...

"Bu, onu göstərir ki, ABŞ və Fransa münaqişənin bitməsini istəmir" - Ceyhun Məmmədov

“Artıq Rusiya sülhməramlılarının ölkəmizdən çıxarılması prosesinə başlanılıb. Heç şübhəsiz ki, üçtərəfli sənəddə “müvəqqəti” şərtinin qoyulmas...